Xəbər lenti

 
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
 
Ovqat.com Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, prezidentlər Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər. 
 
"Dağlıq Qarabağ ətrafındakı vəziyyətin müzakirəsi Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarında qeyd olunan razılaşmaların həyata keçirilməsi kontekstində aparılıb. Telefon söhbətində regionun sosial-iqtisadi inkişafı naminə Rusiya və Türkiyənin fəaliyyətini əlaqələndirmək qərara alınıb", -- Kremldən yayılan açıqlamada belə deyilir.
 
Həmsöhbətlər həmçinin Atəşkəsə Nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin işə başlamasından məmnuniyyətlərini də dilə gətiriblər.
 
Liderlərin təmasları davam etdirmək barədə razılığa gəldikləri xəbər verilir.


Ana səhifəyə qayıt        Baxış: 4 818          Tarix: 18-02-2021, 18:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma