Xəbər lenti
Azərbaycan və Türkiyə arasında 11 sənəd imzalanıb.

Virtualaz.org bildirir ki, sənədlər bu gün Ankarada keçirilən Türkiyə-Azərbaycan İş Forumu çərçivəsində imzalanıb.

Söhbət iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan sazişlərdən və niyyət protokollarından gedir.

Sənədlərə Azərbaycan tərəfdən İqtisadiyyat naziri Mikayıl Cabbarov, nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROPO) sədr əvəzi Yusif Abadullayev, eləcə də “CTS Holdinq”, “ASGroup İnvestment”, “Bakı Tekstil Fabriki” kimi biznes sturkturlarının rəhbər şəxsləri imza atıblar.



Ana səhifəyə qayıt        Baxış: 2 543          Tarix: 18-02-2021, 19:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma