Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
nsideOver, İtaliya 29.03.2021 Müəllif: Emanuel Pietrobon Ötən ilin sonlarında Azərbaycan 30 il idi Ermənistanın işğal altında saxladığı əraziləri üzərində suverenliyini bərpa edib. Bu, İkinci Qarabağ müharibəsi nəticəsində mümkün olub. Nəticədə azərbaycanlılar 1992-ci ildən bəri ilk dəfə olaraq Novruz bayramını həm də Şuşa şəhərində qeyd edə biliblər. 1990-cı illərin əvvəllərində itirilmiş ərazilərin geri qaytarılması və bölgəyə Rusiya sülhməramlarının yerləşdirilməsi ilə nəticələnmiş son müharibənin ardından Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə həmin torpaqlarda infrastrukturun yenidən qurulmasına başlanılıb. Artıq eksklav bölgə olan Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsini təmin edəcək yolun çəkilişi ilə bağlı “yol xəritəsi” də işlənib hazırlanıb. Lakin Ermənistan rəhbərliyi nəinki Zəngəzur dəhlizinin inşası işini bilərəkdən ləngidir, azad edilmiş ərazilərdə vəziyyətin sabitləşdirilməsinə, postmüharibə dövrü üçün nəzərdə tutulmuş planların həyata keçirilməsinə də mane olmağa çalışır. O, bunu işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işinə maraq göstərməməklə edir. Mina problemi İkinci Qarabağ müharibəsinin bitməsindən 3 aydan çox vaxt keçməsinə baxmayaraq, Ermənistan tərəfi minalanmış ərazilərin xəritəsini hələ də Azərbaycana təqdim etməyib. Bu, Bakı üçün ciddi çətinliklər yaratmaqla yanaşı, Moskvanı da narahat edir. Məsələ ondadır ki, dekabr-mart aylarında ərazidə 17 mindən çox mina zərərsizləşdirilsə də, bu zaman Rusiya sülhməramlıları arasında da ölüm və yaralanma halları baş verib. Bu vəziyyət Azərbaycanı təbii ki, qane edə bilməz. Bu dövrdə işğaldan azad edilmiş ərazilərdə 12 mülki azərbaycanlı minaya düşərək həlak olub, 14 nəfər yaralanıb. Bir sözlə, müharibə bitsə də, azad edilmiş Azərbaycan ərazilərində yaşamaq son dərəcə risklidir. Burada sakinlərin hər addımı onlar üçün son addım ola bilər. Azərbaycanın vətəndaş cəmiyyəti təhlükəsizlik tələb edir Bu gün Ermənistanı ərazilərin minalardan təmizlənməsi üçün lazım olan xəritələri Bakıya verməyə məcbur etmək üçün Azərbaycanın vətəndaş cəmiyyəti də tam səfərbər olub. Ölkənin vətəndaş cəmiyyətini təmsil edən əsas təşkilatların başçıları beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıblar. Onlar mövzunun nə qədər həssas olduğunu qabartmaq, bununla da Yerevana beynəlxalq təzyiqin artmasına nail olmaq istəyirlər. Beynəlxalq Avrasiya Mətbuat Fondu, Minadan Zərərçəkənlər Assosiasiyası, Minalar əleyhinə Azərbaycan Kampaniyası, “Dayaq” Qeyri-hökumət Humanitar təşkilatı, Mina qurbanlarının Sosial-İqtisadi Problemlərinin həllinə Kömək İctimai Birliyi də daxil olmaqla, ölkənin bir sıra qeyri-hökumət təşkilatı BMT-nin Katibliyinə, İnsan Hüquqları Şurasına, Avropa Şurası və Avropa İttifaqına müraciət ünvanlayıblar. İtaliyanın mövqeyi Bu müraciətə ilk reaksiyalardan biri Azərbaycanın azad edilmiş ərazilərinin yenidən qurulmasında fəal iştirak edən, ümumiyyətlə bir çox sahədə Bakının əsas tərəfdaşı olan İtaliyadan gəlib. Martın 2-də Deputatlar Palatasının Xarici İşlər komissiyası bununla bağlı qətnamə qəbul edib. Sənəddə Bakının 10 noyabr tarixli üçtərəfli bəyannamənin hər bəndinə əməl etdiyi Yerevanın nəzərinə çatdırılır, Ermənistandan sülhün, o cümlədən mülki şəxslərin qorunması üçün konstruktiv addımlar atılması tələb olunur. Söhbət əlbəttə ki, ilk növbədə minalı ərazilərin xəritəsinin Bakıya təqdim edilməsindən gedir. (İtalyan dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar