Xəbər lenti


 
Abel Məhərrəmovun oğlu Anar Məhərrəmov səfir vəzifəsindən geri çağırılıb.
 
Ovqat.com xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamda deyilir.
 
A.A.Məhərrəmovun Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
 
Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılsın.
 
 
İlham Əliyev
 
Azərbaycan Respublikasının Prezidenti
 

Bakı şəhəri, 19 aprel 2021-ci il
 
Qeyd edək ki, Anar Məhərrəmov İspaniyada səfrilik əvəzinə şərab alveri ilə məşğul idi və atası Abel Məhərrəmovun içib özünü apara bilməməsi sayəsində bu fakt ortaya çıxmış, böyük diplomatik qalmaqala səbəb olmuşdu. Qalmaqaldan qısa müddət sonra Abel Məhərrəmov rektoru olduğu Bakı Dövlət Universitetindən uzaqlaşdırılmışdı. Üzərindən uzun müddət keçəndən sonra deyəsən, oğul Məhərrəmovu da atası ilə bərabər “keçmiş günlərin xiffətini” çəkməyə  göndəriblər.
 




Ana səhifəyə qayıt        Baxış: 5 769          Tarix: 19-04-2021, 14:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma