Xəbər lenti
Dünən, 19:32
Dünən, 18:18
Dünən, 14:30
Dünən, 09:54
17-01-2025, 22:57
17-01-2025, 22:15
17-01-2025, 21:16
17-01-2025, 21:00
17-01-2025, 19:50
17-01-2025, 18:06
17-01-2025, 17:16
17-01-2025, 16:13
17-01-2025, 15:30
17-01-2025, 14:57
"Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı Ermənistanın isterik davranışları anlaşılan deyil".
"AzPolitika.info" xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Xarici İşlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan dövlət sərhədində son dövrlərdə baş verən hadisələri şərh edərkən bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan hərbçiləri Ermənistan ərazisində deyil, ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mövqe tuturlar: "Delimitasiya ilə bağlı vəziyyəti gərginləşdirmək cəhdləri Ermənistandakı daxili siyasi proseslərdə olan gərginlik və qeyri-sabitlikdən irəli gəlir. Bütün bunların seçkiqabağı dövrdə baş verməsi də bunu təsdiqləyir".
C. Bayramov bildirib ki, Ermənistanda bu vəziyyətdən istifadə edən siyasi qüvvələr seçkiqabağı kampaniyada rəqiblərinə zərbə vurmağa çalışırlar.
"Ümumiyyətlə, biz bu tendensiyanı çox zərərli hesab edirik, onu üçtərəfli bəyanatın icrasına və bölgədəki sabitliyə zərbə kimi qəbul edirik", - nazir vurğulayıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər