Xəbər lenti


NATO təlim adı altında Ukrayna ordusuna müasir silahlar və döyüş sursatları çatdıracaq.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, NATO “Sea Breeze–2021” təlimi adı altında Kiyevin nəzarətində olmayan Donetsk və Luqansk vilayətlərinin rayonlarının yaxınlığında dislokasiya olunmuş Ukrayna ordusuna və millətçi qruplaşmalara müasir silahlar və döyüş sursatları çatdıracaq.

İ. Konaşenkov qeyd edib ki, Rusiya Müdafiə Nazirliyi NATO ölkələrinin “Sea Breaze”ə hazırlığının gedişini və təlimlərin keçirilməsini diqqətlə izləyəcək və zərurət olacağı halda şəraitdən asılı olaraq Rusiyanın hərbi təhlükəsizliyi maraqlarının təmin edilməsi üçün adekvat reaksiya veriləcək.

Nazirlik rəsmisi qeyd edib ki, təlimlər 4 minə yaxın hərbi qulluqçu, 40 döyüş gəmisi, katerlər və köməkçi gəmilər, 30 aviasiya texnikası və 100-dən çox avtomobil və zirehli texnikanın iştirakı ilə keçiriləcək.

General əlavə edib ki, konkret olaraq Ukraynanın Xerson və Nikolayev vilayətlərindəki hərbi poliqonlarda da təlimlər keçiriləcək və təlimlərin aktiv fazası iki mərhələdən ibarət olacaq.

Qeyd edək ki, təlimlər iyunun 28-dən iyulun 10-dək keçiriləcək. Təlimlər Ukrayna, ABŞ, Kanada, Böyük Britaniya, Niderland, Rumıniya, Bolqarıstan, Yunanıstan, Türkiyə, Latviya və digər tərəfdaş ölkələrin iştirakı ilə baş tutacaq.



Ana səhifəyə qayıt        Baxış: 3 168          Tarix: 2-06-2021, 19:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma