Xəbər lenti
Dünən, 22:15
Dünən, 21:16
Dünən, 21:00
Dünən, 19:50
Dünən, 18:06
Dünən, 17:16
Dünən, 16:13
Dünən, 14:57
Dünən, 13:57
Dünən, 11:09
16-01-2025, 23:09
16-01-2025, 22:12
16-01-2025, 21:48
16-01-2025, 20:26
16-01-2025, 18:07
16-01-2025, 17:26
16-01-2025, 16:15
16-01-2025, 15:57
İyunun 16-da baş tutacağı gözlənilən Co Bayden – Putin görüşündə ABŞ prezidentini dövlət katibi Antono Blinken də müşahidə edəcək. Bundan əvvəl isə Bayden NATO-nun qarşılıqlı müdafiə ittifaqının üzvləri ilə görüşəcək.
Ovqat.com xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq dünən ABŞ prezidenti Co Baydenlə görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən bunları bildirib.
Baş katib deyib ki, Baydenlə müzakirə zamanı Rusiya ilə bağlı iki istiqamətli siyasət yürütmək qərarına gəliblər – müdafiə ilə yanaşı dialoq.
"Biz Rusiyanı müzakirə etdik. Rusiya ilə təmkinli müdafiə və dialoq mənasını verən ikitərəfli yanaşma barədə razılığa gəldik", - Stoltenberq ABŞ prezidenti ilə görüşünü şərh edərkən deyib. Onun fikrincə, Rusiya ilə dialoqa can atmaq zəiflik əlaməti deyil: "Biz güclüyük, birləşmişik və bundan sonra Rusiya ilə danışa bilərik, danışmalıyıq da. Rusiya ilə daha yaxşı bir əlaqəyə inanmasaq da, onunla çətin münasibətləri - silahlara nəzarət, şəffaflıq və riski azaltmaq kimi problemləri idarə etməliyik".
ABŞ və Rusiya arasında ikitərəfli nüvə silahlarından imtina müqaviləsinə toxunan Stoltenberq "START III”-in uzadılmasını məmnuniyyətlə qarşıladığını bildirib. Fevral ayında müddəti uzadılan müqavilənin 2026-cı ildə sona çatması nəzərdə tutulur.
Stoltenberq və Bayden görüşündə həmçinin beynəlxalq terrorizm, iqlim dəyişikliyi, kiber təhdidlər və Çinlə bağlı məsələlər də ələ alınıb. NATO Baş katibinin sözlərindən belə anlaşılır ki, onları narahat edən əsas məsələ isə Çin olub.
"Çinin böyüməsi iqtisadiyyatlarımız və qlobal ticarət üçün bəzi fürsətlər yaradır. Odur ki, iqlim dəyişikliyi və silah nəzarəti kimi mövzularda Çin ilə əlaqələr qurmağımız lazımdır", - deyən Stoltenberq Asiya nəhənginin yüksək templi böyüməsindən, ən əsası isə hərbi investisiyalarını artırmasından qorxduqlarını da gizlətməyib: "Çin tezliklə dünyanın ən böyük iqtisadiyyatı olacaq — artıq ikinci ən böyük müdafiə büdcəsi, ən böyük hərbi dəniz donanması var, onlar qabaqcıl hərbi imkanlara əhəmiyyətli vəsait qoyurlar və bizim dəyərlərimizi bölüşmürlər".
Stoltenberqin sözlərinə görə, NATO ilə bağlı məsələlərə isə alyans liderləri ilə Baydenin görüşü zamanı yenidən baxılacaq. Həmin görüşlər isə 14 iyunda keçiriləcək NATO-nun liderlər zirvəsi ərəfəsində baş tutacaq.
Stoltenberq Baydenlə razılaşdırdığı "Rusiyaya ikitərəfli yanaşma" prinsipinin əksər NATO üzvləri tərəfindən də dəstəkləndiyini gizlətməyib: "Bu, bütün müttəfiqlərin iştirak edəcəyi bir proses olacaq, amma hiss edirəm və bilirəm ki, Rusiya ilə ikili yanaşma adlandırdığımız bu strategiyaya NATO-da da çox geniş dəstək var ."
Haşiyə
Zənnimizcə, Stoltenberqin bu sözləri Azərbaycan hakimiyyətinin 44 günlük müharibənin sonlarında niyə Rusiyanın iradəsi ilə hesablaşdığına və “sülhməramlı” niqabı altında rus işğal qoşunlarının bölgəyə girməsinə razılıq verməsinə də kifayət qədər aydınlıq gətirir. NATO-nun belə, Rusiya ilə “müdafiə və dialoq” strategiyasına üstünlük verdiyi ərəfədə rəsmi Bakının ifrat “vətənpərvərliyi” minlərlə şəhidin qanı hesabına əldə olunan zəfərin nəticələrini təhlükəyə atmaq olardı.
Təbii ki, bunu deyərkən Azərbaycanın rus işğalı ilə razılaşmasını da tövsiyyə etmirik. Sadəcə, böyük güclərə qarşı mübarizədə təkbaşına qabağa çıxmağın ölümcül xəta ola biləcəyini və münasib zamanı gözləməyinin vacibliyini düşünürük.
Təbii ki, bunu deyərkən Azərbaycanın rus işğalı ilə razılaşmasını da tövsiyyə etmirik. Sadəcə, böyük güclərə qarşı mübarizədə təkbaşına qabağa çıxmağın ölümcül xəta ola biləcəyini və münasib zamanı gözləməyinin vacibliyini düşünürük.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər