Xəbər lenti


Bu il iyunun 15-də Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə 

Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzalayıblar. Bəyannamə Cənub-Şərqi Avropa və Qafqazda regional 
təhlükəsizliyinin qorunması, iqtisadi artımın möhkəmləndirilməsi və infrastrukturun inkişafı baxımından kifayət qədər dəyərli sənəddir.

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Cənubi Qafqazda son hadisələrə və geostrateji manevrlərə əsas yön verən ölkədir.

Söhbət ilk növbədə Ankaranın Qara dəniz ilə Xəzər dənizi arasında yerləşən regionda sülh və sabitliyə əsas zəmanət verən dövlət olmasından gedir.

Azərbaycan gəlincə, Şuşa Bəyannaməsi bu ölkənin xarici siyasətində təməl daşına çevriləcək. Bakının dinamik diplomatiya yürütdüyünü, ikitərəfli və çoxtərəfli beynəlxalq platformalarda effektli iştirakını vurğulamaq yerinə düşər. Ümumiyyətlə, Azərbaycanla Türkiyə arasındakı sözügedən bəyannamə Avropanın müasir tarixinə mühüm hadisə kimi düşəcək. Şuşa Bəyannaməsi geosiyasi birliyi, iqtisadi rifahı təmin edəcək. Üstəlik, o, bütün qitənin təhlükəsizliyi üçün ən yaxşı təməl olacaq. Şübhəsiz, daxili böhranla üzləşmiş bəzi Qərbi Avropa hökumətləri Bakı ilə Ankara arasında iqtisadi və strateji əməkdaşlığa skeptik yanaşır. Amma Fransa və digər Qərbi Avropa dövlətləri Şuşa Bəyannaməsindən əsas fayda qazanan ölkələr sırasında olacaq.

Şuşa Bəyannaməsi strateji sazişdir. O, Azərbaycanla Türkiyə arasında geosiyasi əməkdaşlığın genişləndirilməsinə yönəlib. Üstəlik, bu bəyannamə Qara dəniz hövzəsində və Avropa qitəsində Ermənistan və İŞİD-in regional təxribatları daxil olmaqla, bütün təhdidlərin azaldılmasına istiqamətlənib.

Maraqlıdır ki, Rəcəb Tayyib Ərdoğan Azərbaycana NATO-nun Brüsseldə keçirilmiş sammitindən dərhal sonra səfər etmişdi. Ərdoğanın geosiyasi addımları Avropada cərəyan edən hadisələrə və Mərkəzi Asiyanın iqtisadi inkişafına mühüm təsir göstərir. Türkiyə prezidenti Brüsseldən birbaşa

Bakıya səfər etməklə ABŞ və Avropa İttifaqı (Aİ) liderlərinə göstərir ki, əgər Vaşinqton və Brüsselin yüksək rütbəli rəsmiləri Cənubi Qafqazda cərəyan edən son hadisələrə kifayət qədər diqqət yetirməzsə, bu, qitənin təhlükəsizliyinə təhdid yaradacaq. Onlar hələ də Ermənistanın müharibə ritorikasına göz yumur, Azərbaycanın suveren ərazilərində saysız-hesabsız mina basdırması faktına reaksiya vermir. Halbuki, bunlar qətiyyətlə qınanmalı, beynəlxalq aktorlar və hökumətlər tərəfindən araşdırılmalıdır.

Türkiyə dünyada ən böyük iqtisadiyyata malik 20 ölkə sırasındadır. Onun regional təhlükəsizlik və iqtisadi rifahın qorunmasında aparıcı rolu mühüm əhəmiyyət kəsb edir. Koronavuris pandemiyası üzündən meydana gələn qlobal böhran Qərb kapitalizminə və beynəlxalq ticarətə ciddi zərbə vurur. Lakin Türkiyə qeyri-müəyyənliyin olduğu dövrdə belə, “iqtisadi mühərrik” rolunu oynayır və Avropanın şərq hissəsinin qorunması üçün mühüm addımlar atıb. Bu məsələdə Transatlantika coğrafiyasında Türkiyənin “yanından keçə biləcək” ölkə yoxdur.

Son onillikdə Aİ-nin investisiya mühitində düşüş yaşanır. Üstəlik, qruma daxil olan ölkələrdə həyat səviyyəsinin keyfiyyətinin dəyişmədiyini və ya aşağı düşdüyünü, həmçinin bərabərsizliyinin artdığını söyləyə bilərik. Digər tərəfdən, Azərbaycan və Türkiyənin həyata keçirdiyi iqtisadi siyasət hər iki ölkənin iqtisadiyyatının, sənaye istehsalının davamlı artımına, regional infrastruktur layihələrinin həyata keçirilməsinə töhfə verir. Ankara ilə

Bakının bu siyasəti Avrasiyada logistika dəhlizlərini gücləndirir, hər iki ölkə vətəndaşlarının həyat səviyyəsini artırır. Aİ isə nə maliyyə sistemində islahatlar aparır, nə də sabit artımı bərpa edə bilir.

Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında möhtəşəm ittifaqın yaranması anlamına gəlir. Sənəd Azərbaycanın suveren ərazisi olan Dağlıq Qarabağın azad edilmiş rayonlarında gələcək inkişafa da töhfə verəcək. Xatırladaq ki, Azərbaycan Ordusu bu əraziləri Ermənistan silahlı birləşmələrinin işğalından 2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş İkinci Qarabağ müharibəsi nəticəsində azad edib.

Beləliklə, Şuşa Bəyannaməsi həm Azərbaycana, həm də Türkiyəyə strateji və geosiyasi fayda qazandıracaq. Bundan başqa, Bəyannamə Qara dəniz-Xəzər dənizi hövzəsini regional sabitliklə təmin edəcək, bölgənin təhlüksizliyinə zəmanət verəcək. Demək, üfüqdə yeni iqtisadi reallıq görünür. Bu, bütün Avropaya fayda gətirəcək.

Bu arada, Azərbaycanın suveren ərazisi olan Naxçıvan Muxtar Respublikası yüksək iqtisadi nəticələri göstərir. Onun beynəlxalq ticarət və ixracatda iştirakı artır. Naxçıvan dünyada koronavurisa yoluxma hallarının qeydə alınmadığı iki bölgədən biridir.

Şuşa Bəyannaməsi bu muxtar respublikaya beynəlxalq bazarlara çıxmaq imkanı da yaradacaq. Naxçıvanda bu sənəd sayəsində yeni logistik sənaye parkları yaradılacaq, bu isə bölgədə istehsal və ixracın artmasına yol açacaq.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Eurasia Review


Ana səhifəyə qayıt        Baxış: 3 933          Tarix: 23-06-2021, 19:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma