Xəbər lenti

 
Qarabağ münaqişəsinin tərəfləri ölkələrinin liderləri tərəfindən imzalanan sənədin hədəfə çatması üçün ritorikalarını dəyişdirməlidirlər”.
 
Ovqat.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında azərbaycanlı bir jurnalistin sualını cavablandırarkən belə deyib.
 
Məlumata görə, azərbaycanlı jurnalist brifinqdə iştirak edən erməni həmkarının Türkiyə və Azərbaycan prezidentlərinin Şuşaya səfərini işğalçılıq adlandırmasına irad bildirib və Zaxarovaya bunu necə qiymətləndirməsi ilə bağlı sual verib. O, son vaxtlar Ermənistanda da bu cür ritorikanın getdikcə daha çox eşidildiyini qeyd edib və rus diplomatdan bunun bölgədəki sülh prosesinə necə təsir göstərə biləcəyini soruşub.
 
Zaxarova bu suala cavab verərək deyib: "Biz sizin hansı sualı vermək və ya hansını verməmək haqqınızı müəyyənləşdirmirik və bu fikirdə də deyilik, bu, yalnız sizin səlahiyyətinizdir. Amma mənim fikrimcə, ilk növbədə, münaqişənin nizamlanması prosesinə cəlb olunmuş bütün tərəflərin sülhə nail olmaq, regionda vəziyyətin sabitləşdirilmək səylərindən danışması lazımdır, Bu, bir nömrəli məsələdir”, - Zaxarova belə deyib.
 
Onun sözlərinə görə, “ixtira edilmiş məlumatlar” deyil, konstruktiv addımların işıqlandırılması insanları vəziyyətin tam normallaşmasına daha çox inandıra bilər və bu, kritik əhəmiyyət daşıyır: Dinc həyata qayıtmaq, əlbəttə ki, tərəflərin, oradakı qüvvələrin dəstəyi ilə mümkündür. İnsanlar həyata qayıtmalı, sabaha inamlı olmalıdır və buna görə atılan addımlar barədə əhaliyə məlumat vermək çox vacibdir”.
 
Zaxarovanın fikrincə, hazırkı düşmənçilik ritorikası bu məqsədə çatmağa mane olur: “Bu, bizim müxtəlif xadimlərdən, müxtəlif ölkələrdən və müxtəlif vaxtlarda eşitdiyimiz bəyanatlardır, lakin təəssüf ki, biz onları mütəmadi olaraq eşidirik, tamamilə qeyri - sabit xarakterli bəyanatlar insanların sabaha qorxularını və narahatlıqlarını aşılamaq və əldə edilmiş bütün razılaşmaların reallaşdırılmasına inamı pozmaq məqsədi daşıyır", - deyə M. Zaxarova bildirib.
 
Onun sözlərinə görə, istənilən ritorika əsas vəzifə və ümumi məqsədlə əlaqəli olmalıdır.
 
"Təxribat xarakterli, alçaldıcı, bəzən hətta saxta bəyanatlar verməməlidir, məhz buna görə biz deyirik ki, tərəflərdən eşitdiyimiz hər hansı ritorika, əsas vəzifə və imzalanan sənədlərdə üç ölkənin liderləri tərəfindən göstərilən və artıq bu ilini tamamlamış ümumi məqsədlərlə əlaqələndirilməlidir",-deyə M. Zaxarova bildirib.
 


Ana səhifəyə qayıt        Baxış: 5 395          Tarix: 23-06-2021, 21:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma