Xəbər lenti

Ukraynanın Prezidenti Vladimir Zelenski bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putinin «ukraynalılar və ruslar bir xalqdırlar» tezisilə razı deyil.

Ukrayna dövlətinin başçısı bu barədə öz fikrini «İnterfaks-Ukrayna» nəşrinə verdiyi müsahibədə ifadə edib.
«Biz, dəqiqdir ki, bir xalq deyilik. Bəli, bizim ümumi çox şeyimiz var. Bizim ümumi tariximiz, yaddaşımız, qonşuluğumuz, qohumluğumuz, faşizm üzərində ümumi qələbəmiz və ümumi faciəmiz var. Bəli, bütün bunlar çox mühümdür və biz, bunu yaddan çıxartmırıq» - Prezident deyib.

Ancaq Zelenskinin fikrincə, bütün bunlar vahid xalq olmaq üçün yetərli deyil. O, hesab edir ki, bu, o zaman reallıq olardı ki, Rusiya Ukraynanın işğalından imtina edəydi.

«Vahid xalq olsaydıq, o zaman Moskvada, hər şeydən əvvəl, qrivni işləyərdi, Dövlət Duması üzərində isə sarı-mavi bayraq dalğalanardı. Odur ki, biz, dəqiq bir xalq deyilik. Bizim hər birimizin öz yolu var» - Ukrayna Prezidenti bəyan edib.
Bundan başqa, Putinin axşamkı «birbaşa xəttini» şərh edərkən, o, bəyan edib ki, xarici idarəçilik barədəki tezislər «Rusiyanın özündə daxili auditoriya üçün təbliğatdır». 

Zelenski bildirib ki, Ukrayna müstəqil dövlətdir. Bu zaman o, növbəti dəfə bəyan edib ki, Putinlə şəxsən görüşməyə hazırdır. 
«Mən, Prezident Putinlə də görüşməyə hazıram - əgər gerçəkdən də bir sıra böhranlı məsələnin həlli onu maraqlandırırsa… İstənilən vaxt, bu adi olmayan matça hazırlıq davam edir» - Zelenski bildirib.

AzPolitika.info



Ana səhifəyə qayıt        Baxış: 3 608          Tarix: 2-07-2021, 16:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma