Xəbər lenti


FarodiRoma, İtaliya
06.07.2021


Ermənistanla Azərbaycan arasında artıq geridə qalmış müharibədən sonra Vatikanın vasitəçiliyi bölgədə vəziyyətin sabitləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Bunu Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri Rəhman Mustafayev jurnalistlərlə açıqlamasında bildirib. Azərbaycanlı diplomat xatırladıb ki, BMT Təhlükəsizlik Şurası illər əvvəl Qarabağ münaqişəsinə dair bir neçə qətnamə qəbul etsə də, bu, heç nəyi dəyişməyib. Nəticədə Bakı Ermənistanın 1994-cü ildə Bişkek müqaviləsi ilə başa çatmış Birinci Qarabağ müharibəsi zamanı işğal etdiyi ərazilərini 2020-ci ildə təkbaşına geri qaytarmaq məcburiyyətində qalıb.

“Bu, dini müharibə deyildi. Söhbət ərazi münaqişəsindən gedirdi”, - deyə Mustafayev bildirib. O, Azərbaycanda dini dəyərlərin uca tutulduğunu, bütün dinlərə məxsus insanların sərbəst şəkildə birlikdə yaşadıqlarını xatırladıb. Bunu paytaxt Bakının düz mərkəzində Müqəddəs Qriqori kilsəsinin movcudluğu da təsdiqləyir.

Diplomatın sözlərinə görə, münaqişənin gedişində ermənilər Azərbaycana aid dini abidələrə ciddi ziyan vurub.
Səfir bu açıqlamadan əvvəl İsanın müqəddəs həvariləri - Pyotr və Polun xatirəsinə həsr edilmiş dua mərasiminə qatılıb. Mərasimdən sonra isə o, Heydər Əliyev Fondunun dəstəyi ilə görülmüş işlərlə, xüsusilə Müqəddəs Pyotr Papa bazilikasında aparılmış işlərlə tanış olub. İtalyan heykəltəraş Alessandro Alqardinin 1640-1653-cü illərə aid bu şah əsəri Papa I Leo ilə onun müraciətindən sonra Romanın fəthi qərarından daşınmış Hun imperatoru Atillanın görüşünü əks etdirir.

Bərpa olunan digər tarixi əsərlər isə 4-cü əsrə aid Kommodilla katakombalarındakı qədim xristian divar rəsmləri və freskalardır. Onların bəzilərində bərpa işləri artıq başa çatıb.

Xatırladaq ki, Roma Papası Fransisk 2016-cı ilin oktyabrında Azərbaycan Respublikasına səfər etmişdi. Bu, ikinci belə səfər idi. Azərbaycana ilk Papa səfərini 2002-ci ildə II İohan Pavel etmişdi.

(İtalyan dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: FarodiRoma


Ana səhifəyə qayıt        Baxış: 4 351          Tarix: 6-07-2021, 17:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma