Xəbər lenti

 

“Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkənlərin arasında azərbaycanlı qadınlar da var”.

Bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross gender əsaslı zorakılığa qarşı mübarizə ilə bağlı keçirilən dəyirmi masada “Dağlıq Qarabağ münaqişəsində azərbaycanlı qadınların zorakılığa məruz qalması” barədə sualı cavablandırarkən deyib.

“Biz başa düşürük ki, bu münaqişədə insanlar əziyyət çəkib, ağrılarla üzləşib. Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun da dediyi kimi, mərhələli şəkildə sülhə doğru addım atmaq lazımdır, danışıqlarda irəliləyişə nail olmaq vacibdir. Fransa ATƏT-in Minsk qrupundakı roluna sadiqdir. Tərəflər arasında münaqişənin sülh yolu ilə həll olunması üçün danışıqlar aparılır və Azərbaycan tərəfi də bu danışıqların davam etməsində maraqlıdır. Məni rahat edən budur ki, danışıqlar davam edir”, – deyə səfir vurğulayıb. /APA

 




Ana səhifəyə qayıt        Baxış: 387          Tarix: 9-12-2019, 13:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma