Xəbər lenti

 
İranın regionda apardığı ikiüzlü siyasət təkcə Azərbaycanda deyil, Ermənistanda da böyük ajiotaj yaradıb. Azərbaycan istimaiyyəti şeyxülislam Allahşükür Paşazadədən öz yersiz məddahı kimi istifadə edən İrana nə qədər qəzəblidirsə, Ermənistan ictimaiyyəti də rəsmi Tehranın “özünü bağışlatmaq” üçün bizim haqqımızda sərf etdiyi sözləri bir o qədər süngü ilə qarşılayır. Bunun günahını isə İrandan çox, Qərbə meyllənən Paşinyan hakimiyyətində görür. O da maraqlıdır ki, Ermənistanda media ulduzuna çevrilən İran rəsmisi də eynidir – Ali dini lider Ayətullah Xameneinin Azərbaycan nümayəndəsi höcətülislam Seyid Əliəkbər Ocaqnejat ağa. 
 
Ovqat.com-un məlumatına görə, Ermənistanın ArmenianReport portalının “Müttəfiq itkisi: İran Ermənistana arxa çevirdi? sərlövhəli yazısında bildirilir: 


 
“Görünən odur ki, ölkəmizin rəhbərliyi cənub qonşusunu unudaraq qərb istiqamətində işlərlə daha çox məşğul olur.
 
Qərb ölkələri ilə, demokratik dünya ilə əlaqələri inkişaf etdirmək lazımdır. Bu, bir aksiomdur. Ancaq tam olaraq eyni aksiomla qonşu dövlətlərlə münasibətləri də inkişaf etdirmək lazımdır. Xüsusilə də Ermənistana isti, mehriban münasibətini dəfələrlə sübut edənlərlə. Görünür, bu, nə qədər sadə həqiqət olsa da, ölkəmizin rəsmiləri tərəfindən unudulur, tam uğurla həyata keçirilmir.
 
Belə təəssürat yaranır ki, baş nazir vəzifəsini icra edən Nikol Paşinyan və onun komandasının qərb istiqamətində apardığı iş, burunlarımızın dibində baş verən çox təhlükəli hadisələri körükləyir. İran istiqamətində keçmiş mövqelərin sürətlə itirilməsi prosesi gedir və bu, çox həyəcanverici bir siqnaldır.
 
Şişirtmirəm. Ermənistan üçün mənfi və təhlükəli meylləri göstərən faktlar var. Bakı mətbuatının verdiyi məlumata görə, İranın ali lideri Seyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi cətülislam Seyyid Əliəkbər Ocaq Nejad ağa Təzəpir məscidində bayram namazından sonra jurnalistlərə verdiyi açıqlamada, "Şuşada namaz qılmaq xəyalım idi", -  deyib.
 
Və bu, onun Şuşa barədə səsləndirdiyi yeganə təxribatçı ifadə də deyil. “Şuşanı görəndə çox narahat idim. Belə bir şəhəri dağıtmaq, işğal altında tutmaq, 30 il orda yaşamaq, sonra tərk etmək ... Bu mümkün deyil. Uca Allahdan bizə işğalçıların cəzasını görməyimizə imkan verməsini xahiş edirəm” - dedi Xameneinin Azərbaycandakı nümayəndəsi.


 
Bu məlumat təkzib edilmədi. Deməli, onun həqiqətən Bakı mətbuatının yazdıqlarını söylədiyini düşünmək lazımdır. Bəli, bu molladan soruşa bilərsiniz ki, onun Şuşanı Azərbaycan “işğalı altında olmadığı” (Dırnaq (“”) Ovqat.com-a aiddir) vaxtda ziyarət etməsinə nə mane olurdu? Üstəlik, bu şəhərdəki məscid İran tərəfinin iştirakı ilə bərpa edilmişdi.
 
Onun tərəfindən dilə gətirilən tamamilə yersiz çıxışlardan şikayət edə bilərsiniz, çünki azərbaycanlılar “işğalçıdır”, biz deyil. ABŞ, Fransa və Rusiya səfirlərinin Şuşanı ziyarətdən imtina etməsi bunun əyani sübutudur. İran mollası ATƏT-in Minsk Qrupu həmsədrlərinin Şuşanın Azərbaycanın “işğalı altında olduğunu” düşündüyünü nəzərə almalıdır.
 
Lakin İranın ali dini rəhbəri Seyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi yalnız ölkəsinin yeni xəttinə sadiq qalır. İranın yeni seçilmiş prezidenti Seyid İbrahim isi tərəfindən bu barədə nə qədər birmənalı açıqlama verildiyini xatırlayırıq. Əslində o, ölkəsinin bölgədəki xarici siyasət prioritetlərini qeyd edərək Bakını ağlasığmaz yaltaq sözlərlə sevindirdi: “Azərbaycan xalqını Azərbaycan ərazilərinin uğurla azad edilməsi münasibətilə təbrik edirəm. İşğal olunmuş ərazilərdə Azərbaycanın suverenliyinin qurulma və iki ölkənin ortaq sərhədlərinin bərpa edilsi, bu prosesdə yeni imkanların, əməkdaşlıq səviyyəsinin artırılması, bölgədə təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi üçün birgə səylərdən istifadə edilməsinə dəyər”, - Rəisi Azərbaycan prezidentinə ünvanladığı məktubda yazırdı.
 
Onu da qeyd edim ki, Rəisinin sələfi Həsən Ruhani də oxşar fikirlər söyləmişdi. "İran Azərbaycanla münasibətləri inkişaf etdirmək əzmindədir və yeni beynəlxalq şəraitdə perspektiv inkişaf üçün fürsətlərdən istifadə olunacağına ümidliyəm", - Ruhani ötən il dekabr ayında bunları bildirmişdi. Və buna baxmayaraq, o, "Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsindən və atəşkəs rejiminin qurulmasından məmnun olduğunu" da vurğulamışdı.
 
Gördüyünüz kimi, Ermənistan sadiq müttəfiqini itirir. Özü də ölkəmizin rəhbərliyinin Qərb istiqamətində apardığı bir çox işlərdə yol verdiyi səhvlərinin ucbatından. Bəli, Aİ bizə əhəmiyyətli maddi yardım vəd etdi. Bəli, ABŞ ölkəmizdəki demokratik prosesləri dəstəkləyir. Ancaq biz ətrafımızda Azərbaycan-Türkiyə-Rusiya anti-erməni üçlüyünün necə gücləndiyini görürük, bu şəraitdə İranın da itirilməsi bizim üçün həqiqətən fəlakət ola bilər. Üstəlik, mollokratlar indi çox qəzəblidirlər. "Wall Street Journal" Ağ Evə istinadən ABŞ-ın İrana qarşı sərt sanksiyalar hazırladığını bildirir. Sanksiyalar İran neftinin Çinə satılmasının qarşısını almaq üçün nəqliyyat yollarının bağlanmasını əhatə edir. İran danışıqlara razı olmasa, bu sanksiyalar ölkə əhalisini aclığa aparacaq. Və İran, çox güman ki, danışıqlara razı olmayacaq”.
 
Tərcümə etdi: Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 471          Tarix: 23-07-2021, 14:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma