Xəbər lenti
Dünən, 19:32
Dünən, 18:18
Dünən, 14:30
Dünən, 09:54
17-01-2025, 22:57
17-01-2025, 22:15
17-01-2025, 21:16
17-01-2025, 21:00
17-01-2025, 19:50
17-01-2025, 18:06
17-01-2025, 17:16
17-01-2025, 16:13
17-01-2025, 15:30
Bu, prezident də daxil olmaqla bütün hakimiyyət qolları üzərində dayanan üstqurum olacaq
Belarusda konstitusiya qanununa dəyişiklik hazırlamaq üçün komissiyası yaradılıb. Əsas sənədə eyni şəxsin iki dövrdən çox prezident seçilə bilməyəcəyini qanuniləşdirmək təklif edilir. Konstitusiya düzəlişləri ilk gündəmə gələndə Lukaşenko bu barədə danışaraq hakimiyyətdən çəkilə biləcəyini demişdi: “Əlbəttə, nə vaxtsa gedəcəyəm. Bəlkə, bir və ya iki il sonra. Ancaq konstitusiyanı naməlum birinə vermək olmaz. Çünki bu, fəlakətə yol açacaq. Mən ən çox elə bundan qorxuram”.Qeyd edək ki, Lukaşenko prezidentin səlahiyyətlərinin bir hissəsin hökumətə verilməsi barədə fərman imzalayıb.
Belaruslu politoloq Dmitri Bolkunets isə deyir ki, fərmana baxmayaraq, Lukaşenko yenə də bütün hakimiyyəti əlində saxlamağın yollarını axtarır. Rusiyanın “Moskovskiy komsomelts” nəşri politoloqa istinadən yazır ki, Lukaşenko 2021-ci ilin payız aylarından birində konstitusiyanın yenilənməsini ümumxalq səsverməsinə çıxarmağı düşünür. “Lukaşenko eyni zamanda, düzəlişlər çərçivəsində yeni bir qurumun - Ümumbelarus Xalq Məclisinin yaradılmasını təklif ediləcək. Bu isə əslində Belarusda monarxiya qurulması anlamına gələcək.Bu, prezident də daxil olmaqla bütün hakimiyyət qolları üzərində dayanan üstqurum olacaq. Lukaşenkonun prezidentlikdən əl çəkəcəyi təqdirdə, Ümumbelarus Xalq Məclisinin baş katibi səviyyəsində ölkəyə rəhbərlik etmək istədiyi aşkardır ”deyə, Bolkunets bildirib.
Bolkunetsə görə, Ümumbelarus Xalq Məclisinin üzvləri heç kim tərəfindən seçilməyəcək, yalnız tərəfdarından ibarət şəxslərə Lukaşenko ömürlük səlahiyyətlər verəcək: “Bundan əlavə, yeni quruma ölkənin seçilmiş prezidentini istefaya göndərmək, onun səlahiyyətlərini azaltmaq, hər hansı məsələ ilə bağlı dövlət başçısının haqlı olub-olmamasına qərar vermək hüququ verilə bilər. Beləliklə, ölkədə bütün güc Lukaşenko ailəsinin əlində cəmləşəcək”.
Bolkunets deyir ki, Lukaşenkonun böyük oğlu Viktoru prezidentin davamçısı kimi görürür. Bu versiyanı konstitusiya komissiyasının bu yaxınlarda prezidentliyə namizədlər üçün yaş həddi təklifi də təsdiqləyir. Belə ki, konstitusiya düzəlişinə görə prezidentlik yarışında iştirak etmək üçün müraciət edənlərin yaşı 40-dan az ola bilməz. Viktor Lukaşenkonun isə hazırda 45 yaşı var. Belarus Təhlükəsizlik Şurasına daxil olan 20 nəfərdən biri də Viktordur. Viktor prezidentin milli təhlükəsizlik üzrə köməkçisidir, həm də Belarus Milli Olimpiya Komitəsinin birinci vitse-prezidentidir.
Belarus prezidenti bir müddət əvvəl hakimiyyəti uşaqlarına, məxsusən də böyük oğluna ötürmək istəməsi haqda yayılan məlumatları şərh etmişdi. Bu cür söhbətlərin tez-tez yayıldığını deyən Lukaşenko bildirmişdi ki, bu məsələ onun ailəsində “heç vaxt müzakirə edilməyib və edilə də bilməz.Çünki övladlarımdan heç biri məndən sonra Belarus prezidenti olmayacaq”deyə, o bildirmişdi. Maraqlıdır ki, Belarus məmurlarına qarşı tətbiq edilən sanksiyalara Viktor da məruz qalıb. Buna səbəb olaraq Belarus rəsmilərinin 2020-ci il prezident seçkilərinin nəticələrini saxtalaşdırması və insan haqlarını pozması göstərilib. Yada salaq ki, Belarus prezidentin üç oğlu var. Böyük oğlu Viktordan əlavə, onun Dmitri adlı 41 yaşlı daha bir oğlu da var. Nikolay isə Lukaşenkoların ən gəncidir,onun da tezliklə 17 yaşı tamam olacaq.
Orxan ƏLİYEV,
Musavat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər