Xəbər lenti

 
Azərbaycan prezidenti İlham Əliyev fransalı həmkarı E.Makronla telefon danışığı aparıb.
 
Ovqat.com xəbər verir ki, məlumatı Fransanın Prezident Administrasiyası yayıb.
 
Məlumata görə, liderlər regional sabitlik naminə əməkdaşlığı artırmaq üçün razılığa gəliblər. “Fransa və Azərbaycan liderləri ATƏT -in Minsk qrupunun regional sabitliyə nail olmaq səylərinin əhəmiyyətini qeyd ediblər”, - məlumatda belə deyilir.
 
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Minsk qrupunun vasitəçiliyinin sona çatdığını və bir daha bu formata qayıdılmayacağını vurğulayıb. Odur ki, Yelisey sarayından gələn xəbər o qədər də inandırıcı görünmür. Mümkündür ki, fransızlar Azərbaycan liderinin dediyi sözləri "fransızca" başa düşüblər.


Ana səhifəyə qayıt        Baxış: 6 774          Tarix: 5-08-2021, 17:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma