Xəbər lenti


“Fərqli ölkələrdən təkliflər var. Dünən dedik ki, Azərbaycandan bir təyyarə və 40 yanğınsöndürən avtomobil 150 nəfərlə yola

düşəcək. Təyyarə 10 şəxsi heyətlə Dalaman şəhərinə eniş edib. Yanğınsöndürən avtomobillər də Gürcüstandan keçir. Onlar

Türkiyəyə gəlirlər”.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, meşə yanğınları ilə bağlı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə telefon danışığı olub: “Qardaşımla

hər gün telefonla danışırıq. NATO-nun baş katibi Yens Stoltenberqlə də telefon danışığımız baş tutub. NATO-nun qurudan yardımla bağlı bəzi

missiyaları var, lakin Avropada və ya müttəfiq ölkələrdə də güclü yanğınlar var. Şimali Makedoniya istisna olmaqla, heç kim bu mexanizmdən

istifadə etməyib. Dostlarımızın qiymətləndirməsinə görə, NATO -nun yerdən dəstəyinə ehtiyac olmadığını düşünürük. Daha böyük bir şey olarsa,

Allah qorusun, çəkinməyəcəyik. Çünki, biz NATO üzvüyük”.



Ana səhifəyə qayıt        Baxış: 3 641          Tarix: 6-08-2021, 10:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma