Xəbər lenti
Bu gün, 18:24
Bu gün, 17:12
Bu gün, 16:00
Bu gün, 14:26
Bu gün, 11:22
Bu gün, 11:00
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Rusiya 44 günlük müharibənin yekunu olan 10 noyabr atəşkəs bəyanatını pozaraq Qarabağda erməni separatizmini yenidən dirçəltməyə çalışır.
Azərbaycan ərazilərinə gətirilmiş sülhməramlı kontingentin mandatdan kənar bütün fəaliyyəti buna yönəlib. Habelə, Moskva müharibədə sarsıdıcı məğlubiyyətə uğramış Ermənistan ordusunun yenidən qurulmasına da yardım göstərir. Bu həftə Rusiyada səfərdə olan Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyanın rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşündə verilən mesajlar bundan xəbər verir. Şoyqu erməni ordusunu dirçəltmək üçün Rusiyanın əlindən gələn hər şeyi edəcəyini bəyan edib.
Paralel olaraq Qarabağdakı erməni silahlı birləşmələri yeni hərbi kontingent və silah-sursatla təchiz edilir, üstəlik, onlar dayandıqları mövqelərdə möhkəmləndirmə işləri aparırlar. Qeyri-rəsmi məlumatlara görə, Azərbaycan Ordusu bu fəaliyyətin qarşısını almaq üçün xəbərdarlıq atəşi açıb, habelə Müdafiə Nazirliyi Rusiyanı sülhməramlı missiyadan kənara çıxmaqda, 10 noyabr sənədini pozmaqda qınayıb. Amma Moskvadan adekvat cavab gəlməyib, Rusiya Müdafiə Nazirliyi bəyanat yayaraq Azərbaycan Ordusunun "Qarabağ silahlı qüvvələrinə" atəş açdığını bildirib.
Beləliklə, vəziyyət getdikcə gərginləşir və Azərbaycan cəmiyyəti hökumətin atacağı addımları müzakirə edir. Bakı Qarabağdakı rus-erməni işbirliyinə qarşı hansı addımları atmalıdır?
Amerikalı diplomat, politoloq Pol Qobl bildirib ki, Rusiya bir daha göstərdi ki, münaqişədə neytral deyil və Ermənistan ilə Azərbaycan arasında iddia etdiyi mediator vəzifəsini yerinə yetirə bilməyəcək.
Onun sözlərinə görə, Rusiya müharibədən sonra da Ermənistanı dəstəkləməklə, Qarabağda neytral sülhyaratma məqsədinin olmadığını nümayiş etdirir: "Bakı bu halda qətiyyətli reaksiya göstərməlidir və Türkiyə hərbi bazalarının Azərbaycanda qurulması ilə bağlı Ankara ilə danışıqlara başlamalıdır".
"AzPolitika.info"
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar