Xəbər lenti

“Rusiya Ermənistan silahlı qüvvələrinin modernləşdirilməsi və islahatına töhfə verməyə hazırdır”.

Ovqat.com yenisabah-a istinadən xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Arşak Karapetyanı Moskvada qarşılayan Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu bildirib.

“Həm ikitərəfli formatda, həm də KTMT çərçivəsində hərbi sahədə əməkdaşlığımızın inkişafına böyük əhəmiyyət veririk. Eyni zamanda, Ermənistan Silahlı Qüvvələrində islahatlar proqramının həyata keçirilməsinə kömək etməyə davam etməyə hazırıq. Bu asan bir iş deyil, amma düşünürəm ki, təcrübənizlə bu işin öhdəsindən layiqincə gələcəksiniz”.

Şoyqu qeyd edib ki, 102-ci Rusiya hərbi bazası yaxşı təchiz olunub və təhlükəsizliyin qarantı kimi Ermənistan ərazisində yerləşir. “Ermənistan Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində Rusiyanın müttəfiqi və əsas tərəfdaşıdır, bu bölgədə sabitliyin qorunmasında son dərəcə maraqlıyıq”, – deyə nazir əlavə edib.

Rusiya müdafiə naziri bildirib ki, Erməniistanın müdafiə sektorunda islahatların çətin çətin bir zamana təsadüf edir.
Öz növbəsində, Karapetyan Şoyquya Ermənistan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin bərpasına, qoşunların təchizatına və təliminə kömək etməyə hazır olduğuna görə minnətdarlığını bildirib.

O, müdafiə naziri rütbəsi ilə ilk xarici səfərinin Ermənistanın strateji müttəfiqi olan Rusiyaya olduğunu vurğulayıb: “Rusiya erməni xalqı üçün həqiqətən maddi təhlükəsizlik dəstəyi verən və bu gün təkcə Dağlıq Qarabağda deyil, həm də birbaşa Ermənistan sərhədlərində təhlükəsizlik problemləri ilə məşğul olan yeganə dövlətdir. Çox sıx və səmərəli əməkdaşlığa hazırıq”.


Ana səhifəyə qayıt        Baxış: 3 519          Tarix: 11-08-2021, 17:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma