Xəbər lenti
Bu gün, 22:21
Bu gün, 19:31
Bu gün, 17:10
Bu gün, 15:27
Bu gün, 14:30
Bu gün, 13:54
Bu gün, 13:00
Bu gün, 11:39
Dünən, 19:32
Dünən, 18:18
Dünən, 14:30
“44 günlük müharibədə xeyli uğur qazanıb torpaqlarımızın böyük hissəsini azad etsək də, Azərbaycan komandanlığının iki səhvi oldu. Birinci səhv nədən ibarət idi? Son iki yüzillik tarixdə əlimizə yeganə şans düşmüşdü ki, erməniləri Qarabağdan birdəfəlik çıxaraq. Gəncəyə, Bərdəyə atılan ballistik raketlərdən sonra Xankəndidə daş üstdə daş qalmamalıydı. Oradakı separatçı-terrorçu rejim rəhbərliyinin fəaliyyət göstərdiyi inzibati binalar vurulmalı idi, qanunsuz “parlament” binası dağıdılmalıydı. O vaxt belə etsəydik, yəni payızda Xankəndini şumlasaydıq, bu gün Şuşanın, Xocavəndin, Xocalının kəndlərində ordumuza atəş açmağa erməni qalmazdı...”
Bu fikirləri Moderator.az-a açıqlamasında son günlər Qarabağda, o cümlədən Şuşanın kəndləri istiqamətindəki erməni silahlı birləşmələri tərəfindən atəşkəsin pozulmasına münasibət bildirən ehtiyatda olan kəşfiyyatçı polkovnik Azay Kərimov söyləyib.
“Xankəndi bütün keçmiş Daqlıq Qarabağda yaşayan ermənilərin “beyin, kompüter mərkəzi”dir – hər şey oradan idarə olunur. Bu, yeganə şans idi ki, o mərkəzi məhv edib erməniləri iflic vəziyyətində qoyaq. Təəssüf ki, nədənsə bunu etmədik. Indi orda separatçı-terrorçu rejim Rusiya hərbçilərinin himayəsində özü üçün fəaliyyət göstərir, “nazir”lər təyin olunur, “parlament” “qanun” qəbul edir” – açıqlamasının ardında belə deyən keçmiş komandir sual edib:
“Bir hərbçi kimi başa düşmürəm, 10 min metr hündürlükdən PUA-larla tankları, piyadaları vura bildilər, amma Gəncəyə, Bərdəyə ballistik raket atılmasına əmr vermiş Araikin-filanın Xankəndidə əyləşdiyi inzibati binaları vura bilmədılər? Niyə saxta “parlament” binasını vurmadılar? Niyə onların yaşayıb fəaliyyət göstərməsi üçün şərait yaradıldı? Deyirlər ki, Xankəndini çox vursaydıq, Rusiya bir yana, bütün Qərb, Amerika, Avropa Azərbaycanın üstünə düşəcəkdi? Başa düşə bilmirəm, Xankəndidəki ermənilər adamdı, amma Gəncədə, Bərdədə yaşayan, gecə yatdığı yerdə, yaxud günün günorta çağı uçan evlərin altında qalan, qanına qəltan edilən, yanan soydaşlarımız dovşandırlar. Bilirsiz, bəzən vəziyyətdən çıxmaq üçün adam gərək özünü dəliliyə qoysun... Gərək Xankəndini şumlayaydıq ki, ermənilər bir daha qayıdıb orada yaşamağa yer tapmasın...”
“İkinci səhv ondan ibarət oldu ki, indiyədək gərək Şuşada sovet dövründə fəaliyyət göstərmiş sanatoriyanın 8 korpusu da təmir edilərək orada 10 mindən çox hərbçi, ən müasir texnikalar yerləşdirilməli idi. Hazırda hərbi təyyarələr, vertolyotlar mütəmadi olaraq, gündə bir neçə dəfə Xankəndi üzərində fırlanıb Şuşaya enməlidir ki, Qarabağdakı separatçı ermənilər daim xof içində olsunlar. Qoy cəhd eləsinlər bizim vertolyotlardan birini vurmağa. Vursalar əgər, Xankəndinin yerlə-yeksan edilməsi üçün zəmin hazırlayacaqlar. Amma 9 ayda çox gecikdik, erməni terrorçularına güclü zərbə vurulmayınca onlar oradan çıxmayacaqlar...” – deyə kəşfiyyatçı polkovnik vurğulayıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər