Xəbər lenti

Gələn həftə Qazaxıstanın Türküstan şəhərində keçiriləcək TürkPA-nın 10-cu plenar sessiyasında Türküstan Bəyannaməsi imzalanacaq.

"Report"un xəbərinə görə, sessiyada Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edəcək.

Nümayəndə heyətinin tərkibinə Milli Məclis sədrinin müavini, Qazaxıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev, komitə sədri Əhliman Əmiraslanov, deputatlardan Fazil Mustafa, Hikmət Məmmədov, Nizami Cəfərov, Cavanşir Feyziyev, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.



Ana səhifəyə qayıt        Baxış: 3 322          Tarix: 25-09-2021, 12:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma