Xəbər lenti

Türkiyə ilə İran arasında iki ölkənin xarici işlər nazirlərinin müavinlərinin başçılığı altında siyasi müzakirələr aparılacaq.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Qeyd edilir ki, sabah Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal və İran xarici işlər nazirinin müavini Əli Bağeri Keninin başçılığı ilə Ankarada siyasi müzakirə görüşləri keçiriləcək.

Görüş zamanı ikitərəfli əlaqələr müzakirə olunacaq, regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.
Oxu.az


Ana səhifəyə qayıt        Baxış: 3 295          Tarix: 7-10-2021, 16:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma