Xəbər lenti

"Armenian Report” nəşrində Rusiya barədə tənqidi məqalə dərc edilib. 

Qaynarinfo-nun məlumatına görə, məqalə müəllifi Samvel Ovannisyan yazır ki, Ermənistanda rus dilli məktəblərinin açılması ilə bağlı Moskvanın təşəbbüsü Kremlin İrəvanı alçatmasıdır. 

"Açıq deyirəm, Rusiya bununla bizi alçaldır. Onu qonşu dövlətlərin cəmiyyətləri maraqlandırmır. Mən yenə də bu məsələni udardım. Lakin bir il öncəyə baxaq”, deyə jurnalist məqalədə qeyd edib.

Ovannisyan yazır ki, Rusiya indiyə qədər Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi nəticələrə heç bir hərbi-hüquqi və siyasi qiymət verməyib: 
"Həmin müharibədə Gümrüdəki rus hərbi bazasının əsgərləri Ermənistanın müdafiəsinə qalxmadılar. Bəs, bir il əvvəl hardaydınız? Azərbaycana qarşı niyə sanksiyalar tətbiq edilmədi? Bəlkə, səfir Bülbüloğlu Smolenski meydanına çağırıldı? Heç olmasa Rusiya XİN-i Azərbaycanı qınayacaq bir açıqlama verərdi? Bunların heç biri olmadı. Eyni vəziyyət indi də davam edir”.

Jurnalist daha sonra Qarabağda baş verən son hadisələrə diqqət çəkərək Rusiya sülhməramlılarını ittiham edib: 

"Həmin vaxt sülhməramlılarınız haradaydı? Qarabağda yediyiniz kababdan, içdiyini tut arağından zövq aldınızmı? KTMT üzv Ermənistanı qorumalıydı, kömək etməliydi. Bəs, o hardadır?”

Müəllif məqaləsində qeyd edib ki, Qarabağda yaşayan ermənilər kütləvi şəkildə yaşadıqları yeri tərk edirlər: 

"Qarabağ sürətlə boşalır. Bunu rus sülhməramlıları da təsdiqləyirlər. Bir qədər əvvəl də yazmışdım. Çox gizli keçirilən "Vyana Konqresi”ndə nələr müzakirə olunub? Rusiyanın Qarabağ və Ermənistanla bağlı hansı planları var? Bizə nə təklif edirsiniz? Rus dilini öyrənib, Qarabağı və Ermənistanı tərk edək, sonra da Rusiyaya mühacirətə yollanaq? Torpaqlarımızı türklərə buraxaq? Kiməsə cavab versin, Cənab Kopırkin, Lavrov, Putin! Hansı gələcəyə hazırlaşmalıyıq? Çantalarımızı nə vaxt yığmalıyıq?”



Ana səhifəyə qayıt        Baxış: 3 529          Tarix: 18-10-2021, 19:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma