Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Rusiyanın “RİA Novosti” agentliyi vəziyyətlə yaxından tanış olan mənbəyə istinadən yayımladığı xəbərdə noyabrın ilk ongünlüyündə Kremldə Rusiya, Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli görüşün keçiriləcəyini bildirib.
Axar.az xəbər verir ki, noyabrın 8 və ya 9-da (Kremlin mətbuat katibi Peskov noyabrın ilk ongünlüyündə baş tutacağını bildirib) keçirilməsi gözlənilən görüşlə bağlı politoloq Elxan Şahinoğlu münasibətini açıqlayıb.
O bildirib ki, bu məlumat Kremlin görüşü İkinci Qarabağ müharibəsinin bitməsinin bir ilinin tamamında keçirməyi planlaşdırdığını təsdiqləyir:
“Kremlin görüş üçün bu tarixə üstünlük verməsi təsadüfi deyil. Bununla Kreml həm ətraf aləmə mesaj göndərir ki, proses Kremlin nəzarətindədir, həm də demək istəyir ki, məsələni həll edə biləcək tək ölkə Rusiyadır. Təsadüfi deyil ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün əvvəl Valday diskussiya klubunun iclasında Azərbaycanla Ermənistan arasındakı sərhəd probleminin həllində vasitəçi ola biləcək yeganə ölkənin Rusiya olduğunu vurğuladı. Kreml sahibi bunu belə əsaslandırıb ki, keçmiş sovet respublikalarının sərhədlərini müəyyənləşdirən xəritələr Moskvadadır. Digər tərəfdən müharibətin bitməsindən sonra Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinləri səviyyəsində keçirilən bir neçə üçtərəfli görüşün bu mərhələsini məntiqi sonluğa yaxınlaşdırmaq lazımdır”.
Politoloq bildirib ki, media liderlərin növbəti görüşündə iki maddəli sənədin imzalanacağı haqda məlumat yayıb:
“Birinci maddə Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyasına aid olacaq. Xəbərdə yazılırb ki, bu, mürəkkəb prosesdir və tərəflər Rusiyanın vasitəçiliyi ilə özləri üçün məsələnin həlli ilə bağlı "yol xəritəsini" müəyyən edəcəklər.
İkinci sənəd bölgədə nəqliyyat kommunikasiyalarının açılmasına dair olacaq. Xəbərdə bu məsələnin hələ ötən ilin noyabrında üç ölkənin liderləri tərəfindən qəbul olunmuş bəyanatda öz əksini tapdığı xatırlanıb.
Azərbaycan Prezidenti hər iki sənədi imzalamağa hazırdır. Sərhədlərin müəyyənləşməsi və kommunikasiya xətlərinin açılması Azərbaycanın maraqlarına uyğundur. Buna artıq Ermənistanın Baş naziri Nikol Paşinyan da etiraz etmir. O, son açıqlamasında Naxçıvanla Azərbaycanın materik hissəsini birləşdirən nəqliyyat yollarının açılması mümkünlüyünü bildirib. Yəni Paşinyan erməni cəmiyyətini buna hazırlayıb. Rusiya Prezidenti Vladimir Putin də Naxçıvana uzanan kommunkasiya xətlərinin açılması zərurətini Valdaydakı müzakirələrdə səsləndirib”.
E.Şahinoğlu yayılan məlumatlarda sülh sazişi ilə bağlı hər hansı informasiyanın olmamasına da diqqət çəkib:
“Paşinyan buna hələ hazır deyil. Ancaq əgər sərhədlərin müəyyənləşməsi məqsədilə danışıqlar başlayacaqca və kommunkasiya xətləri açılacaqsa, növbəti addım iki dövlətin bir-birlərinin ərazi bütövlüklərini tanıyan sülh sazşinin imzalanması olacaq. Maraqlıdır ki, Vladimir Putin Valdaydakı çıxışında belə bir fikir də işlədib: “Söhbət Qarabağda rusiyalı sülhməramlıların qalma müddətinin uzadılmasından getmir...” Başqa sözlə Putin bu məsələdə israrlı deyil. Bizə də elə bu lazımdır. Bəlkə elə ona görədir ki, Qarabağ separatçılarının lideri Araik Arutyunyan ətrafındakılara deyib ki, onlardan tərk-silah olunmağı tələb edirlər...”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar