Xəbər lenti


ABŞ-ın Los-Anceles şəhərində 1982-ci ildə Türkiyə diplomatı Kamal Arıkanı qətlə yetirən erməni terrorçu, ASALA üzvü Ambik Sasunyanın həbsdən azad edilməsi qərarını pisləyirik. Bir terrorçunun azadlığa buraxılması təhlükəli olmaqla yanaşı, terrorçuluğun təşviq edilməsinə xidmət edir.

Axar.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva erməni terrorçu Ambik Sasunyanın həbsdən azad edilməsi ilə bağlı sualı cavablandırarkən deyib.

XİN rəsmisi bildirib ki, həbsdə olarkən, 2012-ci ildə “Hay Zinvor” adlı erməni hərbi jurnalına verdiyi müsahibəsində A.Sasunyanın erməni əsgəri olduğu və Azərbaycanın o zaman işğal altında olan Qarabağ ərazisində döyüşməyə hazır olduğunu bildirməsi bu terrorçunun heç də islah olmadığını nümayiş etdirir.

"Ermənistan KİV-də yayılmış məlumata əsasən, bu ölkədə olduğu bildirilən terrorçunun hər-hansı şəkildə qəhrəmanlaşdırılması cəhdlərinin qarşısı alınmalıdır", - L.Abdullayeva vurğulayıb.



Ana səhifəyə qayıt        Baxış: 4 017          Tarix: 30-10-2021, 20:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma