Xəbər lenti

Son zamanlar Rusiya KİV-i Vladimir Putinin, İlham Əliyevin və Nikol Paşinyanın guya noyabrın 9-da Rusiyanın Soçi şəhərində keçiriləcək üçtərəfli görüşü mövzusunda müxtəlif yazılar dərc edirdi. Bunun fonunda dünən Ermənistan xarici işlər nazirinin müavini Vahe Gevorqyan bəyan etdi ki, yaxın zamanlarda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə yeni görüşünün keçirilməyinin mümkünlüyü istisna edilmir. Bütün bunlar planlaşdırılan üçtərəfli görüşdən bir neçə gün əvvəl baş verir. Sual yaranır: MQ niyə gəlir? Ola bilərmi ki, tərəflər sərhədlərin delimitasiyası və demarkasiyası məsələsini həll edə bilmirlər və bu səbəbdən planlaşdırılan üçtərəfli görüşü təxirə salırlar?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Rusiya İqtisad Universitetinin Politologiya və sosiologiya kafedrasının dosenti, “Rusiya zabitləri” ekspert şurasının üzvü Aleksandr Perenciyev bildirib ki, bütün bu faktlar rəsmi İrəvanın danışıqlar prosesini yubatmaq istəyini göstərir.

“Bax, buna görə də Minsk Qrupu məsələsi Rusiya-Azərbaycan-Ermənistan danışıqları ilə qarışır. Bu, Ermənistanın köhnə taktikasıdır. Əslində, bu taktika 2020-ci ilin sentyabrında hərbi əməliyyatlara başlanmazdan öncə Ermənistan rəhbərliyi tərəfindən tətbiq edilib”, - politoloq bildirib.

Perenciyev qeyd edib ki, İrəvanın bu cür davranışının məqsədi həmin vaxt ərzində ictimaiyyətin dəstəyini qazanmaqdır:

“İlk növbədə, rəsmi İrəvan Azərbaycan-Ermənistan danışıqlar prosesi sahəsində öz əməllərinə ictimai dəstək almalıdır. Çünki ölkə rəhbərliyi təkcə Ermənistanın daxilində deyil, ondan kənarda da ciddi tənqidlərə məruz qalır. O cümlədən, Rusiyanın özündə də erməni diasporunun tanınmış ekspertləri var və əksəriyyəti Rusiyanın mərkəzi telekanallarında tənqidlərlə çıxış edirlər”.



Ana səhifəyə qayıt        Baxış: 3 318          Tarix: 6-11-2021, 10:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma