Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
"Şuşa yaxınlığında erməni ekstremisti tərəfindən törədilən təxribat müvafiq qaydada qınaq hədəfinə çevrilməlidir".
“Report” xəbər verir ki, bunu Şuşada keçirilən mətbuat konfransında Rusiya Siyasi Araşdırmalar İnstutitunun direktoru Sergey Markov bildirib.
“Azərbaycan hərbçilərinə tərəf qumbara atan erməni ekstremisti Rusiya sülhməramlıları tərəfindən saxlanılıb”, – o deyib.
Politoloq bu hadisədə əli olanların cəzalandırılmalarının vacib olduğunu söyləyib.
Qarabağ münaqişəsinin başa çatdığını, Qarabağın Azərbaycan torpağı olduğuna artıq heç kimin şübhəsi olmadığını vurğulayan S.Markov deyib: “44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. İndi isə iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası işləri aparılmalıdır. Keçmiş ittifaqın bütün ölkələrində bu məsələlər həll olunub. Yalnız bir hissəsi 30 ilə yaxındır işğal altında qalmış Azərbaycan istisna təşkil edir”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar