Xəbər lenti

 
Azərbaycan və Ermənistan liderləri dekabrın 15-də Brüsseldə Aİ-Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər.
 
Ovqat.com-un məlumatına görə, Aİ-nin bəyanatında belə deyilir.
 
Bildirilir ki, liderlər həmçinin insidentlərin qarşısını almaq üçün müdafiə nazirləri səviyyəsində birbaşa əlaqə xətti yaratmaq haqqında da razılıq əldə ediblər.
 
Qeyd edək ki, istər Azərbaycan və Ermənistan liderlərinin, istərsə də Müdafiə nazirlərinin birbaşa təmasa keçmələri və bu istiqamətdə ilk addımın Avropa İttifaqının təşəbbüsü ilə atmağa qərar vermələri Rusiyanı vasitəçisi kimi ortadan çıxarmağa hesablanmış ola bilər. Görünür, həm münaqişə tərəfləri, həm də xarici güc mərkəzləri Rusiyanın sülhməramlı missiyasının bölgədəki konfliktləri daha da dərinləşdirməkdən başqa heç bir işə yaramayacağını anlayıb və ondan kənar formatda müzakirələrə davam etməyə qərar veriblər. Bu qərar ötən gün Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan sərhədlərində sülhməramlı missiya həyata keçirmək istəyi ilə bağlı söylədiyi fikirlərə verilmiş ən yaxşı cavab olardı. Xatırladaq ki, Putin son zamanlar iki tərəf arasında artan gərginliklə bağlı danışarkən Rusiyanın iki dövlətin sərhədlərinə Moskvanın nəzarət etməsinin bir zərurətə çevrildiyini bildirmişdi.


Ana səhifəyə qayıt        Baxış: 6 464          Tarix: 19-11-2021, 23:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma