
Xəbər lenti
Bu gün, 16:53
Bu gün, 14:37
Bu gün, 13:05
Bu gün, 12:47
Bu gün, 10:34
Bu gün, 09:13
Bu gün, 00:00
Dünən, 20:21
Dünən, 19:15
Dünən, 14:58
Dünən, 12:50
Dünən, 11:26
Dünən, 09:06
Dünən, 00:04
2-03-2025, 21:22

“Azərbaycan Vətən müharibəsi dövründə bütün xalqı konsolidasiya etməyə nail oldu”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Tbilisidə “Region müharibədən bir il sonra: nəticələr və yeni imkanlar” mövzusunda keçirilən mətbuat konfransında politoloq Malxaz Qulaşvili deyib.
Onun sözlərinə görə, Azərbaycan həmçinin güclü beynəlxalq lobbi də yarada bildi: “Azərbaycan xarici münasibətlər baxımından kifayət qədər ciddi sıçrayışa nail olaraq ərazi bütövlüyünü bərpa etdi. Gürcüstan ərazi bütövlüyünü bərpa etmək istəyirsə, Azərbaycanın keçdiyi yolu keçməlidir”.
Ekspert hesab edir ki, Azərbaycan və Ermənistan arasında vasitəçilik üçün Gürcüstanın güclü mövqeyi olmalı və prosesə beynəlxalq oyunçular da cəlb edilməlidir.
M.Qulaşvili bildirib ki, təklif olunan “3+3” formatı Gürcüstan üçün fayda gətirə bilməz və rəsmi Tbilisi “3+3+3” regional əməkdaşlıq təşəbbüsü ilə çıxış edə bilər: “İlk üçlükdə Azərbaycan, Gürcüstan, Ermənistan, ikincisində Rusiya, Türkiyə və İran, digərində isə ABŞ, Avropa İttifaqı və Çin təmsil oluna bilər”.

Ekspert regionda yeni formatlara ehtiyacın olmadığını düşünür: “Bizim onsuz da bölgədə Rusiyadan başqa bütün ölkələrlə mehriban qonşuluq münasibətlərimiz var və Gürcüstanın Azərbaycan, Türkiyə və Ermənistanla əməkdaşlığı üçün əlavə formata lüzum görmürəm”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video
Ən çox oxunanlar