Xəbər lenti
Bu gün, 17:54
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
Hazırda Ermənistan və Azərbaycanın əsas vəzifəsi sərhədi delimitasiyanın həyata keçirilməsidir ki, tərəflərdən heç biri döyüş əməliyyatlarını bərpa etməyə çalışmasın.
Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyası çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə ikitərəfli görüşdə deyib.
"Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması haqqında bəyanatın imzalanmasından düz bir il keçir.
Üç ölkənin (Rusiya, Ermənistan, Azrbaycan) liderləri qanı dayandırmaq və dinc dialoqa başlamaq üçün sənəd imzalamaqda müdriklik ediblər. Bununla belə, danışıqlar prosesi yavaş gedir, buna görə də regionda gərginlik qalmaqdadır”, - Matviyenko bildirib.
Onun sözlərinə görə, Rusiya Sovet dövrünün xəritələrinin Rusiyada saxlandığını nəzərə alaraq demarkasiya məsələlərində yardım təklif edib.
"Onlar yoxlanılır, dəqiqdirlər, Ermənistanla Azərbaycan arasında sərhədləri dəqiq müəyyənləşdirirlər. Danışıqlar bu xəritələr əsasında inamla aparıla bilər, Ermənistan və Azərbaycan belə yanaşmanı dəstəkləyir. Razılaşma var, lakin proses yavaş irəliləyir”, - deyə o əlavə edib.
O vurğulayıb ki, Rusiya regionda sülh və sabitlikdə maraqlıdır və bunun üçün əlindən gələni edəcək.
Qaynarinfo.az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar