Xəbər lenti

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Avstriyanın paytaxtı Vyanada İran ilə nüvə razılaşması tərəfləri arasında aparılan danışıqları dəyərləndirib.

O, “Twitter” hesabında qeyd edib ki, görüşlərdə İranı təmsil edən siyasətçi və xarici işlər nazirinin müavini Əli Bakiri ilə gündəlik təmasdadır və danışıqlar sanksiyaların ləğvi kimi əsas prioritetlər istiqamətində irəliləyir.

“Əgər Qərb xoşməramlı olarsa, yaxşı razılaşma əldə edilə bilər. Biz ağlabatan, ölçülüb-biçilmiş və nəticəyönümlü dialoq axtarırıq”, - deyə o bildirib.

İran və nüvə sazişi tərəfləri arasında prosesin canlandırılması və ABŞ-ın razılaşmaya qayıtmasının müzakirə olunduğu yeddinci mərhələ danışıqları beş aylıq fasilədən sonra noyabrın 29-da davam etdirilib. Avropa İttifaqının koordinasiyası ilə danışıqlarda Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya (4+1) birbaşa, 2018-ci ildə razılaşmadan birtərəfli qaydada çıxmış ABŞ isə dolayısı ilə iştirak edir.

Mənbə: Anadolu agentliyi


Ana səhifəyə qayıt        Baxış: 3 050          Tarix: 2-12-2021, 22:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma