Xəbər lenti
Bu gün, 20:55
Bu gün, 19:34
Bu gün, 18:48
Bu gün, 17:30
Bu gün, 16:34
Bu gün, 14:53
Bu gün, 13:19
Bu gün, 11:22
Bu gün, 10:38
Bu gün, 09:25
Dünən, 18:52
Dünən, 15:34
Dünən, 14:37
Dünən, 12:46
Dünən, 11:56
Prezident İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün dekabrın 13-də Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfəri böyük maraqla izlənilirdi. Çünki Brüsseldə Ermənistan baş naziri Nikol Paşinyanla da görüş gözlənilirdi. Digər tərəfdən, ötən illərdən fərqli olaraq, dövlətimizin başçısı Brüssel Sammitinə qalib ölkənin Prezidenti kimi gedirdi. Özü də XXI əsrin müharibəsinin qalibi kimi. Hələ bu vaxta qədər dünyada baş verən müharibələrdə cəmi 44 gün ərzində düşməni darmadağın edən ikinci bir dövlət olmayıb. Bu parlaq Qələbə yalnız Azərbaycana məxsusdur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri bizimlə söhbət zamanı Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Kamil Seyidov bildirib.
Partiya sədri əvvəlcə diqqəti dövlət başçımızın Avropada yaşayan azərbaycanlılar tərəfindən böyük coşqu ilə qarşılanmasına yönəldib. Bildirib ki, möhtərəm Prezidentimizi qarşılamağa çıxan azərbaycanlılar əllərində fransız və ingilis dillərində “Cənab Prezident, xoş gəlmisiniz!”, “Avropa azərbaycanlıları Sizi salamlayır!”, “Azərbaycan ümumi dəyərlərə hörmət edir!” sözləri yazılmış plakatlar, bunlarla yanaşı, ölkəmizin və Avropa İttifaqının bayraqlarını tutmuşdular.
K.Seyidov bildirib ki, dövlət başçımızın ilk görüşü Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə olub. Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub. Həmçinin Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində dəstəyi vurğulanıb və ölkəmizin rəhbəri bu məsələlərə verdiyi töhfəyə görə Şarl Mişelə təşəkkürünü bildirib.
Partiya sədri diqqəti Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşünə yönəldib. Qeyd edib ki, konstruktiv keçən görüşdə bir sıra önəmli məsələlər müzakirə olunub. Həmçinin Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Bununla yanaşı, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi də geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Bildirilib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib.
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair bəyanat yayıb. Bəyanatda Azərbaycanın haqlı mövqeyi tam dəstəklənib.
Dövlət başçımızın NATO-nun Baş katibi Yens Stoltenberqlə keçirdiyi görüş və birgə mətbuat konfransında səsləndirdiyi fikirlərin də böyük maraq doğurduğunu bildirən partiya sədri bunu Azərbaycan Prezidentinin dedikləri ilə əsaslandırıb: “Biz Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolu əlaqəsinin tikintisi ilə bağlı razılıq, həmçinin magistral yol inşasına dair razılıq əldə etmişik”.
K.Seyidov deyib ki, Prezident İlham Əliyevin Zəngəzur dəhlizi barədə verdiyi açıqlamalar ölkəmizin mövqeyini bir daha ortaya qoydu. Ölkə başçısı diqqətə çatdırdı ki, Zəngəzur dəhlizi ilə bağlı regionda bu kommunikasiyaların açılması təklifi ötən il noyabrın 10-da Rusiya Prezidenti, Ermənistanın baş naziri və mənim tərəfimdən imzalanmış üçtərəfli Bəyannamədə öz əksini tapıb. Təbii ki, bütün lazımi şəraiti təmin etmək Ermənistan üçün bir növ öhdəlikdir. Söz yox ki, bir il ərzində bu istiqamətdə iş aparmaq bir o qədər də asan olmayıb. Çünki Ermənistanda baş qaldıran revanşist qüvvələr bütün vasitələrlə kommunikasiya xətlərinin, xüsusilə Zəngəzur dəhlizinin açılmasına problem yaradırlar. Çünki Azərbaycanın qalib gəlməsini, öz ərazi bütövlüyünü təmin etməsini heç cür həzm edə bilmirlər. Lakin bütün sahələrdə prinsipial mövqe nümayiş etdirən dövlətimizin başçısı bu sahədə də növbəti diplomatik uğur qazandı. Nəhayət Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolu əlaqəsinin tikintisi ilə bağlı, həmçinin magistral yol inşasına dair razılıq əldə olundu.
Partiya sədri Prezident İlham Əliyevin “Əgər Ermənistan Zəngəzur dəhlizində gömrük postu qurmaq istəsə, Laçın yolunda da eyni addım atılacaq” qəti mövqeyini çox yerində vurğulanmış bir məsələ olduğunu bildirib. Dedi ki, Azərbaycan bu işdə də prinsipiallıq nümayiş etdirdi. Nikol Paşinyana aydın şəkildə başa saldılar ki, Zəngəzur dəhlizində gömrük postu qurmaq xəyallarından əl çəksin. Paşinyanın sülh müqaviləsini imzalamaqdan başqa ayrı yolu qalmayıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər