Xəbər lenti

"Sankt-Peterburqda tərəflər arasında dəmir yolu ilə bağlı qərarlar qəbul oluna bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov dekabrın 28-də Sankt-Peterburqda keçiriləcək MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə qeyri-rəsmi görüşmək niyyətini bildirməsi fonunda, bu görüşdən gözləntiləri dəyərləndirərkən deyib: 

"Görünən odur ki, tərəflərin Brüssel görüşündən sonra müəyyən məsələlərdə irəliləyişlər var. Paşinyan dünən özü də qeyd edib ki, bəzi mövzularda fərqli düşündüyümüz görünsə də, təmasda olanda başa düşürük ki, fikirlərimiz bir-birinə daha çox uyğundur, nəinki ziddiyyət təşkil edir”. 

Həmsöhbətimiz bu qənaətdədir ki, artıq qərarların qəbul edilməsi dövrünə gəlmişik: 

"Hökumətlərarası kommisiyanın nəqliyyat, sərhədlərin delimitasiyası, demarkasiyası və sülh müqaviləsinin işlənib hazırlanması istiqamətində artıq qərarların qəbul edilməsi zamanı yetişib. Mövcud mühit tam olaraq buna imkan verir”. 

Ekspert düşünür ki, Sankt-Peterburqda artıq razılıq əldə olunan mövzularla bağlı, konkret olaraq dəmir yolu ilə əlaqədar hökumətlərarası kommisiyanın iclası keçirilə və qərarlar qəbul oluna bilər: 

"Avtomobil yolu marşrutunun istifadə qaydası isə hələlik müzakirə edilir. Sankt-Peterburq görüşündən öncə Rusiya baş nazirinin müavini Overçuk bölgəyə səfər etdi. Bu da o deməkdir ki, həmin müstəvidə işlər gedir. Belədə, Sankt-Peterburqda müəyyən qərarların qəbulu və yaxud tet-a-tet görüşün olması ehtimalı var. Bir sözlə, bəzi qərarların gələn ilin əvvəlində qəbulu üçün artıq müəyyən tarixlər bəlli ola bilər”.


Ana səhifəyə qayıt        Baxış: 4 046          Tarix: 25-12-2021, 21:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma