Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
23-11-2024, 14:55
23-11-2024, 13:38
23-11-2024, 12:14
Xəbər verildiyi kimi, dekabrın 29-da Azərbaycan tərəfi humanizm prinsiplərini rəhbər tutaraq Macarıstan Respublikasının vasitəçiliyi ilə 5 nəfər erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil verib.
Bunlar 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılan erməni hərbçiləri olub.
“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, Azərbaycanın təhvil verdiyi həmin 5 hərbçidən biri bu gün Ermənistan hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Arman Xaçatryan adlı həmin hərbçiyə qarşı hərbi xidmət və döyüş növbəsi qaydalarının kobud şəkildə pozulması faktı ilə cinayət işi açıldığı bildirilir.
Xatırladaq ki, daha öncə də Azərbaycan tərəfinin təhvil verdiyi erməni hərbçilərdən bir neçəsi həbs olunub. Bundan əvvəlki mərhələdə azad edilən 10 nəfərdən biri – mayor rütbəli batalyon komandirinin müavini də eyni maddə ilə məsuliyyətə cəlb olunub.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar