Xəbər lenti

Böyük Britaniya ilə müqayisədə Azərbaycanda ailə bağlılığının nə qədər dərin olması, insanların öz çoxsaylı qohumlarına kömək və dəstək verməsi məni valeh edir. Bəlkə də bu səbəbdən ölkənin hər tərəfi, istər paytaxt Bakıda, istərsə də bölgələrdə insan özünü çox təhlükəsiz hiss edir.

Bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarp AZƏRTAC-a məxsusi müsahibəsi zamanı bildirib.

Azərbaycan mətbəxindən də söz açan səfir deyib: “Azərbaycanda restorana dəvət alanda hər zaman həyəcan keçirirəm. Əsasən qızardılmış badımcan və müxtəlif kabab növlərini sevirəm. Qutablar isə nahar üçün əladır - yüngül və çox dadlı. Sözsüz ki, bölgələrin mətbəxini də sevirəm. Unudulmaz yeməklərdən biri isə məşhur Şəki pitisidir. Yeməkdən həzz almaq çox vaxt yalnız təamlarla bağlı deyil, həm də ümumi yaşadığın təcrübə ilə əlaqədardır. Bu səbəbdən məhz piti yemək üçün Şəkiyə bir daha getdim, möhtəşəm idi”.



Ana səhifəyə qayıt        Baxış: 3 702          Tarix: 31-12-2021, 14:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma