İran İslam Respublikası ölkənin daxili məsələlərinə müdaxilə etməməsi ilə bağlı Böyük Britaniyaya ciddi xəbərdarlıq edir.
Bunu İran hökumətinin sözçüsü Əli Rəbii mətbuat konfransında deyib. Bu barədə Trend IRIB-ə istinadən məlumat verib.
Ə.Rəbiinin sözlərinə görə, Britaniya səfiri Rob Macaire qanunsuz aksiyada iştirak etdiyi üçün qısa müddətə saxlanılıb:
“İran polisi onun kimliyini bildikdən sonra, 15 dəqiqə ərzində azad edilib. Bu, bir səfirin vəzifələrinə zidd, qəbuledilməz və qeyri-peşəkar hərəkətdir. Britaniya səfiri bu hərəkətinə görə İran Xarici İşlər Nazirliyinə çağırılıb və ona və Britaniya hökumətinə İranın etirazı bildirilib”.
Xatırladaq ki, 8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus sərnişin təyyarəsinin İranın silahlı qüvvələri tərəfindən yanlışlıqla vurulub. Britaniya səfiri bu hadisəyə etiraz olaraq 11 yanvarda Tehranda Əmir-Kəbir Universitetinin qarşısında keçirilən aksiyada iştirak etdiyinə görə saxlanılıb. Lakin diplomatik toxunulmazlığı olduğuna görə azad edilib.
Strateq.az
Paylaş: