Xəbər lenti
Bu gün, 14:30
Bu gün, 13:49
Bu gün, 13:00
Dünən, 22:30
Dünən, 20:55
Dünən, 18:48
Dünən, 17:30
Dünən, 16:34
Dünən, 14:53
Dünən, 13:19
Dünən, 10:38
22-01-2025, 23:24
Prezident İlham Əliyevin ötən gün yerli mediaya verdiyi müsahibə xarici oyunçulara mesajlarla dolu idi.
Axar.az xəbər verir ki, bu fikirləri ReAL üzvü, ekspert Natiq Cəfərli səsləndirib.
O bildirib ki, müsahibədən aşağıdakı nəticələri çıxarmaq olar:
1. Azərbaycan KTMT-yə üzv olmaq istəmir - məhz buna görə əsas vurğu Qoşulmama Hərəkatının üzərində idi;
2) AB ilə razılaşma mümkündür, indi söhbət AB-nin maliyyə yardımlarının ədalətli bölgüsündən və ticarət anlaşmalarından gedir;
3) Ermənistanın sərhəddə təxribatları KTMT-nin cəlbinə hesablansa da, bu, o qədər də mümkün görünmür; məsələ o qədər də sadə deyil, əslində Paşinyan da bilir ki, bu münaqişəyə KTMT-ni cəlb etmək çətindir, elə buna görə də cəhdlər edəcək, amma hər dəfə də öz xalqına, “görürsüz, bizə yardım etmirlərsə, biz nədən bu təşkilatda qalaq ki” mesajını verərək ölkəsini tam Qərbə tərəfə yönəltməyə çalışacaq;
4) Rusiya sülhməramlılarının fəaliyyəti suallar doğurur, ciddi narazılıqlar da var;
5) Ölkənin xarici siyasəti, ümumən, doğru istiqamətdə gedir!
Ekspert Prezident İlham Əliyevin ilin ilk xarici səfərinə də toxunub:
“İndiki qarışıq dünyada Şeyxin Vatikana getməsi, İlham Əliyevin Ukraynaya səfərə hazırlaşması xarici siyasətin maraqlı, çoxşaxəli təməllər üzərinə oturduğunu göstərir”.
N.Cəfərli uğurlu xarici siyasətin daxili siyasətdə də iqtisadi islahatlar və doğru addımlarla müşayiət olunması gərəkdiyinə diqqət çəkib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər