Xəbər lenti

Rusiya müdafiə nazirliyi ABŞ-a məxsus atom sualtı qayığın Kuril adaları yaxınlığında ölkənin su sərhədlərini pozduğunu iddia edir. Məlumatda bildirilir ki, atom sualtı qayığı Rusiya tərəfinin su üzərinə çıxmaq müraciətlərinə cavab verməyərək gizlənib.

Rəsmi məlumata görə, Sakit Okean Donanmasının “Marşal Şapoşnikov” gəmisi sualtı qayığa qarşı uyğun vasitələrdən istifadə edib, bundan sonra sualtı qayıq Rusiya ərazi sularını tərk edib.
Məlumatda vurğulanır ki, ABŞ-ın hərbi attaşesi Rusiya Müdafiə nazirliyinə çağırılıb və ona gələcəkdə oxşar halların yolverilməz olduğunu bildirən nota təqdim olunub.

ABŞ-ın Hind-Sakit Okean Komandanlığının sözçüsü Kayl Rayns şənbə günü axşam bildirib ki, ABŞ-ın sualtı qayıqları Rusiya sularına daxil olmayıb. Onun sözlərinə görə, Moskvanın açıqlamaları həqiqətə uyğun deyil. Bu barədə “Stars and Stripes” qəzeti məlumat yayıb.

"Sualtı qayıqlarımızın dəqiq yeri barədə şərh verməyəcəyəm, lakin biz beynəlxalq sularda təhlükəsiz şəkildə uçur, üzür və fəaliyyət göstəririk" - deyə, Rayns açıqlamasında bildirib.

“AzPolitika.info”


Ana səhifəyə qayıt        Baxış: 3 309          Tarix: 13-02-2022, 20:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma