Xəbər lenti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə fevralın 21-də Rusiya Federasiyasına rəsmi səfərə gedib.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı "Vnukovo-2" Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına raport verib, Azərbaycanın və Rusiyanın dövlət himnləri səsləndirilib.



Ana səhifəyə qayıt        Baxış: 3 557          Tarix: 21-02-2022, 18:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma