Xəbər lenti

Belarusun “İskəndər-M” Əməliyyat Taktiki Raket Kompleksini Qomel vilayətində, Ukrayna sərhədi istiqamətində quraşdırdığı qeydə alınıb.

"AzPolitika.info" xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

“Rusiyanın hərbi işğalına Ukrayna xalqının qəhrəmancasına müqavimətinin 33-cü günüdür. Düşmənin əsas səyləri işğal olunmuş ərazilərə nəzarəti saxlamağa və hücum əməliyyatlarının bərpasına hazırlığa yönəlib”, – məlumatda bildirilib.

Bir müddət əvvəl qeyd edilib ki, Rusiya Sakit Okean Donanması və Qərb Hərbi Dairəsindən əlavə hissələrin köçürməsini davam etdirir, “İsgəndər-M” raketləri isə Belarusun Kalinkoviçi şəhərində quraşdırıb.



Ana səhifəyə qayıt        Baxış: 3 374          Tarix: 28-03-2022, 22:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma