Xəbər lenti

“Bosfor boğazı Türkiyəyə aid olmayan bütün hərbi gəmilər üçün bağlı olaraq qalır və bu vəziyyətdə Rusiya Qara dənizdə itirdiyi “Moskva” kreyserini əvəz edə bilmir”.

“Report” xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Rusiya Hərbi Dəniz Qüvvələrinin təxminən 20 gəmisi hazırda sualtı qayıqlar da daxil olmaqla Qara dəniz əməliyyat zonasındadır. “Saratov” desant gəmisi və “Moskva” kreyserinin biabırçı itkilərinə baxmayaraq, Rusiyanın Qara Dəniz Donanması Ukrayna və sahilyanı hədəflərə zərbə endirmək qabiliyyətini saxlayır”, - məlumatda vurğulanıb.



Ana səhifəyə qayıt        Baxış: 3 196          Tarix: 28-04-2022, 11:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma