Xəbər lenti
Bu gün, 15:34
Bu gün, 13:51
Bu gün, 12:36
Bu gün, 09:28
Dünən, 23:20
Dünən, 22:04
Dünən, 21:25
Dünən, 20:47
Dünən, 19:00
Dünən, 14:00
Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin çərşənbə günü telefon danışığında ikitərəfli gündəliyi, regional məsələləri və Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.
“AzPolitika.info” erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
"Rusiya Federasiyasının Prezidenti demarkasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın ilk iclasını alqışlayıb. Rusiyanın sərhədlərin demarkasiyası prosesinə dəstək verməyə hazır olduğunu təsdiqləyib. Vurğulanıb ki, əldə olunmuş razılığa əsasən, komissiyanın növbəti iclası Moskvada keçiriləcək”, - məlumatda deyilir.
Nikol Paşinyan və Vladimir Putin regional kommunikasiyaların açılması məsələsinə də toxunub, üçtərəfli işçi qrupun işinin aktivləşdirilməsinə dair razılıq əldə olunub.
Ermənistanın Baş naziri Brüsseldə Azərbaycan Prezidenti və Avropa İttifaqı Şurasının rəhbəri ilə son görüşü ilə bağlı təəssüratlarını bölüşüb. Bundan sonra aparılan müzakirələrin mahiyyəti ilə bağlı olmayan şərhlərdən narahatlığını bildirib.
“Tərəflər həmçinin Qarabağla bağlı məsələləri, xüsusilə ATƏT-in Minsk Qrupu həmsədrlərinin işinin aktivləşdirilməsi imkanlarını müzakirə ediblər” –deyə, məlumatda iddia olunur.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar