Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Ermənistan parlamentinin vitse-spikeri, Daşnaksütyun partiyasının funksioneri İşxan Saqatelyan çətin situasiya qarşısında qalıb. 1 aydan çoxdur ki, ölkədə mitinqlər təşkil edən müxalifət lideri xalqa vətənpərvər çağırışlar edir, hakimiyyəti satqınlıqda, qorxaqlıqda suçlayır.
Bir aydır küçələrdə olan daşnak "lider"in arzularıBu gün isə məlum olub ki, onun özü ilə yanaşı atasıda elə ölkənin ən böyük qorxaqlarından, fərarilərindən biridir. Sən demə 44 günlük müharibə zamanı İşxan Saqatelyanın atası Vaçik Saqatelyan cəbhə bölgəsinə getməkdən boyun qaçırıb.
Bu faktı ifşa edən deputat Narek Qriqoryan parlamentin bugünkü iclasında diqqət çəkən və maraqlı fikirlər səsləndirib. O, “Müqavimət” hərəkatının koordinatoru İşxan Saqatelyana müraciət edərək məlum fakta aydınlıq gətirməsini tələb edib.
- İcazə verin sizə bir məlumat verim. Bu, 44 günlük müharibə zamanı baş verib. Oktyabrın 20-də mənim Geqarkunik dəstəsinə Saqatelyan familiyalı bir adam gətirildi. O İşxan Saqatelyanın atası Vaçik Saqatelyan idi. Həmin şəxs xəstələndiyini dedi və xahiş etdi ki, "evə gedim, oğlanlarım gəlib mənim əvəzimə döyüşlərdə iştirak edəcəklər". Vaçik getdi və uşaqlardan heç biri dəstəmizə qoşulmadı. Heç onun oğlanlarının 44 günlük müharibədə bir gün belə iştirak etdiyini də düşünmürəm, - deputat Saqatelyanı ifşa edib.
Qeyd edək ki, radikal daşnak olan İşxan Saqatelyan iqtidarla yanaşı Azərbaycana qarşı da sərt çağırışları ilə seçilir. O, dəfələrlə revanşist fikirlər və bəyanatlar səsləndirib, Azərbaycana ərazi iddialarından əl çəkməycəklərini deyib.
Mənbə: Müsavat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar