Xəbər lenti

“Ukrayna silahlı qüvvələri rus qoşunlarını Slavyansk istiqamətində hücum əməliyyatlarından yayındırmaq və Rusiyanın təchizat marşrutlarını pozmaq üçün İzyumun şimal-qərbində əks-hücum əməliyyatı keçirir”.

Teleqraf.com xəbər verir ki, bu məlumatı Amerika Müharibə Araşdırmaları İnstitutu (ISW) yayıb.

Analitiklərin fikrincə, Ukrayna və Rusiya mənbələri getdikcə daha çox Ukrayna qoşunlarının Xarkovun cənub-şərq kənarından İzyuma mümkün əks-hücumları barədə məlumat verir:

“Ukraynanın bu əməliyyatları, yəqin ki, Rusiya qoşunlarını Slavyansk istiqamətində hücum əməliyyatlarından yayındırmaq və Rusiyanın təchizat marşrutlarını pozmaq məqsədi daşıyır”.

Xatırladaq ki, iyunun 17-də Slavyansk şəhərinin meri Vadim Lyax şəhərin yaxın bir neçə gün ərzində Rusiya ordusunun genişmiqyaslı hücumuna hazırlaşdığını və Ukrayna ordusunun Slavyanskı təslim etmədiyini bildirib.

Bundan əvvəl analitiklər qeyd edirdilər ki, rus qoşunları Slavyanskın şimal-qərbində, Donetsk vilayətinin Kramatorsk rayonunda uğursuz hücumlara başlayıb və tədricən Xarkov vilayətində İzyumun cənub-şərqinə doğru irəliləyir. Onlar Vadini ələ keçirə bilməyiblər (Slavyanska gedən E40 şossesində) və əvvəllər tutduqları mövqelərə geri çəkildilər.



Ana səhifəyə qayıt        Baxış: 3 360          Tarix: 18-06-2022, 19:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma