Xəbər lenti

Polşa Xarici İşlər Nazirliyinin nümayəndələri bundan sonra Rusiya və Belarus diplomatlarının iştirak etdiyi görüşlərdə iştirak etməyəcəklər.

“Report” xəbər verir ki, bu barədə “Polskie Radio 24” məlumat yayıb.

“Biz bu qərarı ona görə verdik ki, bu, Rusiya təcavüzü ilə bağlı siyasətimizin əsas elementidir. Hesab edirik ki, Rusiya fəaliyyət göstərə biləcəyi bütün beynəlxalq forumlardan və formatlardan maksimum dərəcədə təcrid olunmalıdır”, - Polşanın xarici işlər nazirinin müavini Pavel Yablonski bildirib.

Yablonski izah edib ki, Polşanın məqsədi Rusiyanın beynəlxalq münasibətlərdə normal tərəfdaş kimi iştirakının qarşısını almaqdır.




Ana səhifəyə qayıt        Baxış: 2 809          Tarix: 25-07-2022, 22:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma