Xəbər lenti

Dünən axşam saatlarında qondarma qurumun qanunsuz "hərbi birləşməsində" çaxnaşma başlayıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, komandanlıq Ermənistandan olan çağırışçıları cəld toplayaraq, onlara erkən tərxis olunduqlarını bildiriblər.

Qoşunların Ermənistana ən qısa zamanda və sakitcə daşınması üçün gecə saatlarında avtobuslar sürətlə təşkil edilərək hərbi hissələrə göndərilib. Gecə yarısından sonra ondan çox avtobus eyni vaxtda yola düşüb.

Erməni əsgərlərdən biri "Yerevan.today" ilə söhbətində vəziyyəti təsvir edərkən qeyd edib ki, həmin gecə 10 noyabr sübhünün səhnəsi təkrarlanıb. Onun sözlərinə görə, Laçın yolu çətin köç yoluna çevrilib.

Əsgərlər gecə İrəvana gətirilib, onları “Fəhlə heykəlinin” yanında düşürüblər. Valideynlərin hamısına vaxtından əvvəl tərxis olunan övladlarını keçmiş hərbi hissədə qarşılamaları üçün xəbər verə bilməyiblər.

"Yerevan.Today" Ararat, Kotaykdan olan erkən tərxis olunmuş əsgərlər və onların qohumları ilə əlaqə saxlayaraq məlumatı təsdiqləyib. Ailələr övladlarını sağ-salamat qarşıladıqlarına sevinsələr də, tərxis olunma şərtlərinin pozulduğu, oğullarının vaxtından əvvəl, zorla evlərinə göndərildiyi üçün təşvişə düşüblər.

Sayt, bütün bunlarla bağlı Ermənistan Müdafiə Nazirliyinə müraciət etsə də, hələlik cavab almayıb.




Ana səhifəyə qayıt        Baxış: 6 061          Tarix: 4-08-2022, 16:24      


Paylaş:   

Prizma