ABŞ Dövlət katibinin müavini Bonni Cenkins bəyan edib ki, ekstremal vəziyyətdə ABŞ həyati vacib milli maraqlarını və müttəfiqlərini qorumaq üçün nüvə silahından istifadə edə bilər.
"ABŞ nüvə silahına malik olmayan ölkələrə qarşı nüvədən istifadəni nəzərdən keçirmir", - ABŞ rəsmisi vurğulayıb.
Ekspertlər bildirirlər ki, ABŞ nüvə silahlarına nəzarəti təmin edən yeni müqavilənin imzalanmasını təklif edir. Onların rəyinə görə, Baydenin bu sahədə qətiyyəti artıq heç kimdə şübhə yaratmır. Bonni Cenkinsin bəyanatı da "nüvə silahından istifadə edən ölkəni külə döndərərik" kimi qəbul edilə bilər.
Xatırladaq ki, ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri ərəfəsində Entoni Blinken açıq bəyan etmişdi ki, ABŞ-la heç kim ultimatum və təhdid dilində danışa bilməz.
Azpolitika
Paylaş: