Xəbər lenti


Ermənistanda "Hraparak"qəzetinin yazdıgına görə, avqustun 31-də Moskvada Putin-Əliyev-Paşinyan görüşündə Azərbaycan prezidenti İlham Əliyev Zəngəzur koridoru məsələsini kəskin şəkildə müzakirə olunmasına çalışacaq. Şübhə yoxdur ki, erməni nəşrinin bu iddiası ciddidir və nəzə almalıyıq ki, Azərbaycan ordusunun keçirdiyi "Qisas"əməliyyatından sonra Zəngəzur koridoru ətrafında müzakirələr daha da intensivləşib.

 

Ovqat.com-un mövzu ilə bağlı suallarını cavablandıran politoloq Kamal Əliyev 31 avqustda Moskvada keçiriləcək Putin-Əliyev-Paşinyan görüşündən ciddi nəticə gözləmir: 

  

"Mən 31 avqustda Moskvada keçirilən görüşdən müəyyən nəticələrə ümid edə bilərdim. Lakin həqiqət bundan ibarətdir ki, növbəti Moskva görüşü də daha çox sıradan və görüş xatirinə görüş olacaq. Bilirsiniz ki, "Qisas"əməliyyatından sonra ermənilər bütün dünyaya hay-küy salıblar və car çəkirlər ki, amanın bir günüdür azərbaycanlılar bizi qırır, Ermənistan ərazisinə hücuma keçəcəklər. Ancaq reallıq bundan ibarətdir ki, Azərbaycan tərəfi 2020-ci il 10 noyabr sazişinin bəndlərinin nəzəriyyədən praktikaya keçirilməsini istəyir. Erməni tərəfi isə maksimum dərəcədə prosesi uzadır, Zəngəzur koridoru məsələsini öz mənafeyinə uygun interpritasiya edir və ən başlıcası, Qarabag ərazisindəki erməni terrorçu ünsürlərini ərazidən çıxarmır".

 

Kamal Əliyev Zəngəzur koridoru məsələsinə toxunarkən bildirdi ki, 10 noyabr sazişində təkcə Laçın dəhlizi üçün deyil,  Zəngəzur koridoru üçün də eksterritoriallıq (toxunulmazlıq-red) təsbit olunub: "Siz həmin 10 maddəlik sənədə nəzər yetirsəniz görərsiniz ki, Laçın dəhlizində rus hərbçiləri 5 il müddətinə təhlükəsizliyə məsuliyyət daşıyacaqlar. Ancaq eyni mətndə o da vurgulanıb ki, Zəngəzur dəhlizinin təhlükəsizliyini Rusiya FSB-nin Sərhəd Xidməti tərəfindən təminat verilir. İndi görürsünüz, ermənilər cığallıq edir və Zəngəzur dəhlizinin təhlükəsizliyini ruslara aid etmirlər. Hətta Nikol Paşinyan məntiqsiz şəkildə Azərbaycan ərazisindən Naxçıvan Muxtar Respublikasına daxil olmaq üçün 3 marşrut təqdim edir. Halbuki bu, qeyri-rasionaldır və maksimum vaxt udmağa hesablanıb. Madam ki,ermənilər Zəngəzur dəhlizi üzərində gömrük, sərhəd xidmətinin onlara aid olduğunu deyirlər, o zaman eyni proseduru gərəkdir ki, yeni Laçın dəhlizi üzərində də həyata keçirək".

 

Ermənistanın müdafiə nazirinin son fikirləri də maraqlıdır. O, Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib ki, yaxın gələcəkdə Azərbaycanla müharibə olmayacaq. Bəzi analitiklər bunu erməni tərəfinin növbəti müharibə anonsu kimi şərh edir. Kamal Əliyev də bu fikirdədir ki, ermənilər həmişə qisas hissi ilə alışıb yanırlar, sadəcə indiki situasiyada buna getməyə hünərləri yoxdur: "Mən həmişə demişəm ki, ermənilər heç vaxt Qarabagdan əl çəkməyəcəklər. Ona görə ki, bu, onların təhtəlşüurunda özünə yer edib. Ancaq indiki situasiyada həm geopolitik şərtlər, həm də əlverişli siyasi konyuktura ermənilərin intiqam hisslərini boğur.

 

İkincisi,Ermənistan ordusu faktiki dağılıb, pərən-pərən olub və heç bir döyüş qabiliyyəti yoxdur. Fikir verin, Suren Papikyan bunu rusiyalı həmkarı Sergey Şoyqu ilə Moskvada keçirdiyi görüşdən sonra dedi. Ola bilsin ki, Şoyqu Papikyanın qulagına nəsə pıçıldayıb, ya da onu əmin edib ki, ordunuzu modernləşdirə bilərik, yeni silahlar göndərə bilərik.

 

Üçüncüsü, Rusiya Ukraynada müharibə aparır və Ermənistana lazımidiqqət ayırmayacaq. Baxmayaraq ki, Ermənistan KTMT-nin üzvüdür, bu o demək deyil ki, ermənilər nə istəsə, ruslar onlara verəcəklər. Sadəcə, Moskva Ermənistanı özünün forpostu olaraq görür, onun başını sığallayır. Kreml heç də Paşinyandan razı deyil. Hətta Rusiya ötən həftə Ermənistana nota da verdi. Onu da yaddan çıxarmayaq ki, Azərbaycan ordusu "Qisas" əməliyyatını elə rus hərbçilərinin məsuliyyət zonasında keçirdi", - deyə Kamal Əliyev fikirlərini tamamladı.

 

 





Ana səhifəyə qayıt        Baxış: 5 857          Tarix: 24-08-2022, 15:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma