Xəbər lenti

Ancaq Qərb Rusiyanın hiyləgər davranmaq təcrübəsinə istinad edə bilər, çünki Moskva öz qazının Azərbaycan üzərindən Avropaya satılmasında maraqlı tərəf olmaq qabiliyyətinə malikdir.

İlham Əliyevin Aleksandar Vuçiçlə görüşlərinin fonu məhz qeyd etdiyimiz enerji amilləri ilə rənglənir və görünür ki, Moskva da Serbiyanı əldən buraxıb onu rəqiblərinə yem etmək istəmir.

Rusiya Qərbin idealları əsasında yaranan enerji dəhlizlərini sabotaj etmək üçün müxtəlif vasitələrə əl atacaq, lakin Vuçiç bilir ki, Azərbaycanın Moskva ilə yaxşı əlaqələri Kremlin müəyyən ambisiyalarını müvəqqəti də olsa təxirə sala bilər.

Serbiya lideri İlham Əliyevə ona görə dərin ehtiram göstərir və etibarlı tərəfdaş olduğunu qeyd edir.

Qurulan platforma və Əliyevin səfəri zamanı Azərbaycanla Serbiya arasında imzalanan bir sıra sənədlər iki ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşılması ideyalarını da davam etdirəcək.

Strateji tərəfdaşlıq Azərbaycanın bundan sonra da beynəlxalq təşkilatlarda Ermənistan əleyhinə Serbiyanın dəstəyini qazanması üçün əla zəmindir, üstəgəl iki ölkə arasında hərbi-texniki əməkdaşlıq da gündəlikdə özünə yer tutacaq.

Əliyev-Vuçiç danışıqları Balkan yarımadasını xüsusi həssaslıqla strateji süzgəcindən keçirən Türkiyə üçün də önəmlidir.

Ankara Balkan yarımadasında münaqişə qazanlarının qaynaması riskində Serbiyanın mövqeyini diqqətdə saxlayır, regionun sabitliyinin daha çox Serbiyadan asılı olduğunu başa düşür.

Bu baxımdan Ankara Serbiyanın Avropa İttifaqına inteqrasiyasını dəstəkləyir ki, Belqrad gələcəkdə Rusiya mərkəzli oyunlarda yer almasın.

oxu.az 




Ana səhifəyə qayıt        Baxış: 3 351          Tarix: 24-11-2022, 14:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma