Xəbər lenti

PKK terror təşkilatının ən güclü şəkildə fəaliyyət göstərdiyi ölkələrdən biri Fransadır. Onların fəaliyyəti Fransa tərəfindən birbaşa himayə olunur. Dəfələrlə bu ölkədə terror təşkilatının bayraqları və simvolları ilə aksiyalar keçirilib.

Modern.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çəlik söyləyib.

“Terror adlı ilanı kim qoruyursa, o ilan da sabah onu sancır”, - deyən Ömər Çəlik PKK-nın Parisdə törətdiyi iğtişaşları kəskin şəkildə qınadıqlarını, Avropada yüksələn faşizm dalğasına görə xəbərdarlıq etdiklərini xatırladıb. Bildirib ki, kim terroru himayə edirsə, kim terrorçu fəaliyyətə icazə verirsə, bir gün həmin bəla ilə üz-üzə qalacaq.




Ana səhifəyə qayıt        Baxış: 2 879          Tarix: 2-01-2023, 23:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma