Xəbər lenti

"İslam Respublikasının xarici siyasət aparatından gözlənti Fransa səfirinin qovulmasıdır".

Yenisabah.az xəbər verir ki, bunu öz sosial şəbəkə hesabında İran Hökuməti İnformasiya Şurasının üzvü Abdullah Gənci yazıb.

O, “Charlie Hebdo” həştəqi ilə atdığı tvitdə qeyd edib: "Fransa ilə münasibətlər indi bizə nə gətirir? İslam Respublikası xarici siyasət aparatından gözlənti Fransa

səfirinin qovulmasıdır".

A. Gənci əlavə edib: "Biz də öz azadlıq tərifimizi tətbiq etməyi xoşlayırıq, bunun onların standartlarına uyğun olub-olmamasının fərqi yoxdur".

Xatırladaq ki, Fransanın “Charlie Hebdo” satirik jurnalında İran ruhaniyyətini təhqir edən karikatura dərc olunub.




Ana səhifəyə qayıt        Baxış: 2 966          Tarix: 5-01-2023, 16:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma